Menu

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

14.04.2021, 20:50
Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol