Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir

“Qərb Ukraynanın nüvə silahını öz sərəncamına qaytarmasına kömək etməlidir”. Bunu “Deutschlandfunk” radiostansiyasına müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

“Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, - deyə A.Melnik bildirib.

Daha sonra A.Melnik sosial şəbəkə hesabında Ukraynanın Almaniyanın hərbi dəstəyinə, həmçinin tezliklə NATO-ya üzv olmağa ehtiyacı olduğunu qeyd edib.

Melnikin sözlərinə görə, ölkə NATO-ya qəbul edilməyəcəyi halda öz nüvə statusunu qaytarmalıdır.

Xatırladaq ki, Sovet İttifaqı dağılandan sonra Kiyevə əhəmiyyətli nüvə arsenalı miras qalmışdı: 1,7 min nüvə başlığı, 176 qitələrarası raket və 44 strateji bombardmançı. Lakin 1994 - cü ildə Budapeşt Memorandumu imzalandı və bu memoranduma uyğun olaraq həmin arsenalı ləğv etdilər, Ukrayna nüvə silahının yayılmaması haqqında müqaviləyə qoşuldu, üç nüvə dövləti — Rusiya, ABŞ və Böyük Britaniya isə onun təhlükəsizliyinə təminat verdilər.

Onu da qeyd edək ki, son vaxtlar Kiyev rəhbərliyi Ukraynanın NATO-ya üzvlüyünün vacibliyi barədə getdikcə daha çox danışır: Prezident Vladimir Zelenskiyə görə, Donbasdakı qarşıdurmaya son qoymağın yeganə yolu budur. Moskva isə buna cavab olaraq bəyan edib ki, Kiyevin Alyansa üzv olması Donbasa sülh gətirməyəcək, əksinə Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə gətirib çıxara bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar