Menu

GÖYÇAYDA ƏMƏLİYYAT KEÇİRİLİB... - Vəzifəli şəxslər saxlanılıb

17.04.2021, 21:08
GÖYÇAYDA ƏMƏLİYYAT KEÇİRİLİB... - Vəzifəli şəxslər saxlanılıb

Göyçay rayonunda korrupsiya faktı aşkar edilib, saxlanılanlar var. APA-nın xəbərinə görə, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların Qarabaqqal kəndi ərazisində qanunsuz torpaq alqı-satqısı və külli miqdarda pul vəsaiti müqabilində qanunsuz sənədləşmə işlərinin aparılmasında iştirakda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Kənd icra nümayəndəsi və bələdiyyə sədrinin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması xəbərini rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Ədalət 2021-04-18 00:10:52

Niyə əsas fiqurlar həps edilmir ? Tutulanlar peskadir.

Niyaməddin 2021-04-17 23:43:19

Belə əməliyyatların bol olmasını arzulayırıq!

Camaat 2021-04-17 23:16:41

Onları bu işə məcbur edən İcra hakimi necə həbs edildimi?

İsmayıl Xələfov 2021-04-17 22:19:29

Qarabaqqal kəndində nə varsa bundan qabaqkı bələdiyyəsi də intihar etmişdi

Vətəndaş 2021-04-17 21:13:20

Belə bir əməliyyat Şəkidə keçirilsə çox yaxşı olar ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol