Menu

ATV cərimələndi - "Bizimləsən" verilişinin yayımı dayandırıldı

21.04.2021, 10:58
ATV cərimələndi - "Bizimləsən" verilişinin yayımı dayandırıldı

Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

Şuradan bildirilib ki, iclasda 20 aprel 2021-ci il tarixdə "ATV" televiziya kanalında yayımlanan "Bizimləsən" proqramına dəvət olunan vətəndaş tərəfindən efirdə səsləndirilən faktlar üzrə məsələyə baxılıb.

MTRŞ "ATV" televiziya kanalı yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməsinə görə "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli, 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 11.5.3-cü, 33-cü, və 40.2.2-2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 8.11-1-ci bəndini rəhbər tutaraq "ATV" televiziya kanalının efirində 21 aprel 2021-ci il tarixdə "Bizimləsən" proqramının yayımının dayandırılması, "ATV" televiziya kanalı tərəfindən, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlanmasının təmin olunması haqqında qərar qəbul edib.

Həmçinin, "ATV" televiziya kanalının İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən 3000 manatdan - 4000 manatadək (üç min manatdan dörd min manatadək) cərimə olunması ilə bağlı Milli Televiziya və Radio Şurası tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuş və müvafiq rayon məhkəməsinə göndərilib.

MTRŞ-dan "Report"a bildirilib ki, "Bizimləsən" proqramının yayımı bir günlük dayandırılıb.

Şərhlər

t.ədalət 2021-04-21 16:51:16

Səviyyəsiz aparıcı-aktyorların efirə çıxardığı verilişlər xalqı çoban səviyyəsinə endirməyə hesablanıb."Lak-luk" meyxanalarında işlədilən sözlər sərsərilərin monoloqudur.Milləti belə axmaq vərdişlərdən xilas etməyin vaxtı çatmayıbmı?Röyanın oxuduğu mahnılardan da ermənilik qoxusu gəlir.Yazıq Üzeyir bəyə ki bizim musiqiyə böyük zəhmət çəkdi.Axırda da elə günə düşdük ki,Tünzalə Ağayeva da bəstəkar oldu.

Rövşən 2021-04-21 11:37:33

ATV və bu kimi səviyyəsiz.əhalini aşağı səviyyəli hesab edərək düşük,boş hay-küykü,məna və süjet cəhətdəən kasıb verilişlər hazırl intelektinə zərər verən kanalların fəaliyyəti dayandırılmalıdır.Zaurlar,Baxşəliyevalar ekrandan çoxdan uzaqlaşdırılnmalıdırlar.Özəl kanalların köbələk kimi artırılmasına dövlət tərəfindən diqqət gücləndirilməli və Mətbuat şurası və Televiziya rəhbərliyi bu işlərə ciddi yanaşmalıdırlar.n

Rövşən 2021-04-21 11:29:53

Göründüyü kimi ATV dedikdə Zair Baxşəliyev yada düşür.Səhər-axşam dinləyicilərin zövqünü pozur, gah öz evini reklam edir,gah özünü xilaskar sifətində təqdim edir.Mətbuat şurasıYeleviziya rəhbərliyi bu hərəkətləri nıdənsə görməzdən gəlir.Gün ərzində dəfələrlə Zaur-Günayı reklam etməklə,saatlarla onların verilişi səviyyəsiz aparl,fmalarına niyə göz yumulur.Axı trlrviziya mükəmməl,süjetli,məzmunlu,əhalinin əsas kütləsini əhatə edən verilişlərı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol