İspaniyanın Bilbao şəhərinin rəhbərliyi Avropa çempionatının oyunlarına ev sahibliyi etmək hüququndan imtina edib. “Report”un məlumatına görə, bu barədə “AFP” xəbər yayıb.
Avropa çempionatına ev sahibliyi edən şəhərlərlə bağlı son qərarı cümə günü (23 aprel - Red) Avropa Futbol Assosiasiyaları Birliyi verəcək.
Sankt-Peterburq, Amsterdam, Bakı, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublinin iştirakı sual altındadır.


Şərhlər