Rusiya Ermənistana göndərmək məqsədilə Suriyanın cənubunda muzdlular toplayır. Bu barədə kanadalı jurnalist Nil Hauer özünün “Twitter” səhifəsində yazıb.
“Etibarlı mənbə xəbər verib ki, Rusiya Ermənistana göndərmək üçün “Vaqner” özəl hərbi şirkəti vasitəsilə Suriyanın cənubunda muzdlular toplayır. Əvvəllər Rusiya suruyalı döyüşçülərdən Livanda istifadə edərkən də bu şirkətin xidmətlərindən yararlanmışdı”, - deyə jurnalist qeyd edib.
“Sueyd əl-Rased” müstəqil xəbər portalının məmlumatına görə, “Vaqner” Ermənistana göndərmək üçün Suriyanın Sueyd şəhərindən 73 muzdlu toplayıb. Muzdluların məvacibi 6 aylıq müqavilə ilə 2700-3000 dollar arasındadır. Xəbərə əsasən, əvvəllər “Vaqner” Liviya döyüşləri üçün də muzdlular yığıb.
Qeyd edək ki, Nil Hauer Suriya, Qafqaz və Rusiya üzrə ixtisaslaşmış müstəqil şərhçidir.


Şərhlər
Qoy yığsın.Qarabağda rus köpəkləri ilə birlikdə gorbagor edəcəyik.Az qalıb.
Nə qədər Putin var,dünyada sivil insanların,qoicaların və körpələrin qətliamı dayanmayacaq.Qarabağda da insan ölümlərinin dayanması Putinə sərf etmir.Çünki Rusiya dövləti terrorun üzərində qurulub.Qarabağ müharibəsini başladan Rusiya elə ilk gündən oraya Rusiya ərazisindən xeyli muzdlular göndərirdi....