Menu

Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib

29.04.2021, 17:15
Mübariz Əsgərov Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib

Mübariz Ağali oğlu Əsgərov 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, M.Əsgərov 1962-ci il yanvarın 20-də Ucarda anadan olub.

O, Moskva Dövlət Universitetinın Jurnalistika (Radio və Televiziya) fakültəsini fəxri (qırmızı) diplomla bitirib. 2015-ci ildə Əməkdar jurnalist adına layiq görülüb.

M.Əsgərov 1992-1998-ci illərdə AzTV-də və 1998-ci ildən ANS TV-də lahiyə rəhbəri vəzifəsində çalışıb. "Qulp" satirik telelayihəsinin, "Mübarizə" və "Xalq şairi" verilişlərinin müəllifi olub. Sonralar Xəzər TV və ARB TV-də "Rezonans" verilişinin müəllifi və aparıcısı olub. Bir neçə sənədli filmin müəllifidir. "Qulp Studio" Məhdud Məsuliyyətli Cəmiyyətin direktorudur. "Obyektiv Milli Dəyərlərin təbliğinə dəstək" İctimai Birliyinin sədridir.

Şərhlər

Veteran 2021-04-30 10:19:30

Çox yaxşı.Təbrik edirik.İşinizdə uğurlar Mübariz müəllim.

t.ədalət 2021-04-29 23:32:06

Biz nə vaxta kimi Moskvanın yetişdirdiyi kadrların əlində qalacağıq?Axı,biz,bizi Rusiyanın qətl və fitnələrindən qoruyan Türkiyəyə tərəf addımlamalıyıq.

Özgür 2021-04-29 18:35:12

alə qaqaş! Bura qulpduraaaa qulp!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol