ŞANTAJ VƏ TƏXRİBATLARA BOYUN ƏYMƏLİ, YOXSA İSLAHATLARA DAVAM ETMƏLİ? - Və ya UNEC-də verilən qərarla bağlı etirazları kimlər, niyə təşkil edir?



Azərbaycanda uzun illərdir cəmiyyəti narahat edən əsas problemlərdən biri də təhsilin keyfiyyətidir. Artıq il yarımdır ki, dünyanı bürüyən koronavirus pandemiyası bu problemin bir qədər də artmasına səbəb olub.
Təhlillər, müşahidələr və mütəxəssislərin rəyləri göstərir ki, təhsilin bütün pillələrində mövcud olan keyfiyyət probleminin əsas səbəblərindən biri də qiymətləndirmədə yalnız test üsulundan istifadə olunmasıdır. Orta təhsildə bu özünü daha çox şagirdlərin mütaliə maraqlarının və imkanlarının azalmasında, dünyagörüşlərinin inkişaf etməməsində, əzbərçiliyə meyillənməsində və beləliklə öyrəndiklərini təhlil, tətbiq qabiliyyətlərinin formalaşmamasında göstərir.
Ali təhsildə isə problem daha ciddi şəkildə büruzə verir. Tələbələrin biliklərinin yalnız test üsulu ilə qiymətləndirilməsi onların təfəkkürünün, mühakimə yürütmək qabiliyyətinin, sintez, qiymətləndirmə bacarıqlarının inkişafdan qalmasına səbəb olur.
Qiymətləndirmədə istifadə edilən test suallarının (bir çox hallarda cavabları ilə birlikdə) əvvəlcədən tələbələrə verilməsi isə onların əksəriyyətinin tədris olunan fənlərə belə hazırlaşmamasına, kitablardan ümumiyyətlə istifadə etməməsinə və beləliklə də seçdikləri ixtisaslar üzrə mütəxəssis kimi formalaşa bilməmələrinə gətirib çıxarır. Təsadüfi deyil ki, müxtəlif qurumlar tərəfindən aparılan monitorinqlər bu gün Azərbaycanda ali təhsil müssələrinin bitirənlərin əksəriyyətinin – təxminən 60 faizinin hətta yerli əmək bazarının minimum tələblərinə cavab vermədiyini göstərir.
Başqa sözlə ali təhsil müəssələrimizin hələ də böyük ölçüdə mütəxəssis yetişdirə bilmədiyini, sadəcə diplom verməklə məşğul olduğunu deyə bilərik.
Belə bir vəziyyətin yaranmasının obyektiv səbəblərinin olduğunu, əlbəttə, bilirik. Sovet təhsil sistemindən miras qalan və müstəqilliyin ilk 10-15 ilində daha da güclənən ali təhsildəki rüşvət sisteminin dağıdılması, müəllim-tələbə münasibətlərində şəffaflığın yaradılması baxımından qiymətləndirmədə mərkəzləşdirilmiş test üsulundan istifadə ən optimal seçim olub.
Ancaq məcburiyyətdən seçilmiş bu üsulun uzun müddət davam etdirilməsi yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətimizi daha ciddi problemlərlə üz-üzə qoymaqdadır.
Buna görə də ali təhsil müəssisələrimizin mərhələli şəkildə qiymətləndirmədə test üsulundan imtina edərək, dünyanın aparıcı universitetlərində olduğu kimi yazılı və hətta qeyri-ixtisas fənləri üzrə sosial şəbəkələr vasitəsilə canlı yayımlanan şifahi imtahanlara keçilməsi zəruridir, günümüzün tələbidir.
Yəni, müəyyən sayda test suallarının cavabını əzbərlədiyi üçün ixtisasından xəbərsiz və ya qeyri-kafi biliklərə malik tələbələrə diplom vermək praktikasına son verilməlidir. Diplomu seçdiyi ixtisası hərtərəfli mənimsəmiş, beynəlxalq əmək bazarının tələblərinə cavab verən, mütəxəssis kimi hazırlanmış tələbələrin əldə etməsini təmin edən tədris və qiymətləndirmə üsullarına keçilməlidir...
Sevindirici haldır ki, artıq ali məktəblərimizdə də bu barədə düşünülür. Konkret olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yaxın gələcəkdə bu istiqamətdə əhəmiyyətli addımların atılması planlaşdırılır.
Hər halda bir neçə gün əvvəl UNEC rektoru, professor Ədalət Muradovun tələbə təşkilatlarının rəhbərləri ilə görüşündə səsləndirdiyi fikirlər bundan xəbər verir. Səmimi şəraitdə keçən görüşdə tələbə təşkilatlarının rəhbərlərinin bütün suallarını cavablandıran professor Ədalət Muradov Azərbaycanda ali təhsildə mövcud olan problemləri aydın şəkildə göstərərək, UNEC-də artıq xeyli müddətdir ki, onların həlli istiqamətində düşünülmüş bir strategiyanın həyata keçirildiyini vurğuladı.
Son illər universitetdə həyata keçirilən islahatların, kompleks tədbirlərin nəhayi hədəfinin də məhz beynəlxalq əmək bazarının tələblərinə tam cavab verən mütəxəssis hazırlığını reallaşdıra bilmək imkanlarına sahib olmaq, məzunlarına diplom deyil, yüksək bilik vermək olduğunu açıqladı.
Bu məqsədlə UNEC-də reallaşdırılan işləri bir neçə istiqamətə ayırmaq olar:
Birincisi, tədris proqramlarının təkmilləşdirilməsi, UNEC-də tədrisin tanınmış universitetlərdə istifadə olunan proqramlara, sillabuslara uyğun həyata keçirilməsinin təmin edilməsi;
İkincisi, müəllimlərin vaxtaşırı öz ixtisasları üzrə xaricdən cəlb olunmuş tanınmış alimlərin, mütəxəssislərin treninqlərində, təlimlərində iştirakını təmin etməklə, onların hazırlıq səviyyəsinin yüksəldilməsi. Eləcə də xaricdə təhsil almış gənc mütəxəssis və alimlərin UNEC-də tədrisə cəlb olunması;
Üçüncüsü, bütün müəllimlərin (eləcə də tələbələrin) elektron şəxsi kabinetlərinin yaradılması, bununla da onların tədrisi və elmi fəaliyyətlərin şəffaf şəkildə izlənilməsi. Eləcə də hər bir fənnin sillabusunun, müəllimlərin mühazirələrinin, mühazirələr əsasında Power Pointdə hazırlanan təqdimatların, keçirilən mühazirələr üzrə videodərslərin, əlavə olaraq 800-dən çox asinxron videodərs və digər tədris materiallarının şəxsi kabinetlərinə yerləşdirilərək tələbələr üçün əlçatanlığının təmin edilməsi;
Dördüncüsü, tələbələrin seçdikləri ixtisaslar üzrə hazırlığını yüksəltmək üçün onlara tədris olunan qeyri-ixtisas fənlərinin sayının minumuma salınması və beləliklə də əlavə yüklənmələrinin qarşısının alınması;
Beşincisi, böyük kitab bazasına malik elektron kitabxananın yaradılaraq, tələbələrin fasiləsiz olaraq ondan istifadə etməsinə şəraitin yaradılması;
Altıncısı, tələbələrin daha mükəmməl və praktiki biliklər əldə etməsinə şərait yaratmaq üçün maddi-texniki bazanın gücləndirilməsini, fənn kabinetləri və laboratoriyaların yaradılmasını, son kurslarda təcrübəyə ayrılan vaxtın artırılmasını və sairi qeyd edə bilərik.
Eyni zamanda, tələbələrin bir sıra xarici ölklərin tanınmış universitetləri ilə müştərək reallaşdırılan ikili diplom proqramlarında, müxtəlif təqaüd proqramlarında iştirakı üçün hərtərəfli şərait formalaşdırılıb.
Bir sözlə,UNEC-də qısa müddətdə tələbələrin yüksək təhsilə yiyələnməsini təmin etmək baxımından hərtərəfli şəraitin yaradıldığını söyləyə bilərik.

Əlbəttə, pandemiya şərtləri yaradılan şəraitdən tələbələrin tam şəkildə istifadə etməsində müəyyən problem yaradır. Ancaq UNEC-də hələ pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində xeyli iş görüldüyündən, ötən müddətdə isə lazımi təkmilləşdirmələr həyata keçirildiyindən, müəyyən edilən çatışmazlıqların əksəriyyəti aradan qaldırıldığından, tələbələrin bilik əldə etməsinə hansısa ciddi bir maneənin qaldığını söyləmək mümkün deyil.
Bu baxımdan konkret olaraq İqtisad Universitetində tələbələri öz ixtisaslarına daha dərindən yiyələnmək, mütəxəssis kimi yetişməsinə səbəb olacaq qiymətləndirmə üsullarına keçilməsində obyektiv bir problem mövcud deyil.
Ancaq nə yazıq ki, bu istiqamətdə həyata keçirilən ən kiçik dəyişikliyə belə qeyri-adekvat, yanlış və hətta qərəzli reaksiya verilir. Həm də yalnız test suallarını əvvəlcədən əldə edərək (cavablarını da başqalarından alaraq-müəl.), göz yaddaşı ilə hazırlaşıb qiymət almağa öyrəşmiş, universitetlərə təsdüfən düşmüş, savadlı mütəxəssis olmaq haqqında düşünməyən tələbələr tərəfindən deyil, eyni zamanda obyektiv mövqe sərgiləməli olduğunu ''unudan'' bəzi media orqanları, sözdə yüksək təhsilli cəmiyyət quruculuğundan danışan bəzi populist siyasətçilər, "ekspertlər" tərəfindən də...
Təbii ki, ortalığı qarışdırmağa çalışan fitnəkarlar, yenilikləri həzm edə bilməyən, köhnə sistemin "qoruyucuları", ölkə təhsilinin inkişafında maraqlı olmayan xəyanətkarlar da boş dayanmır. Vəziyyəti bir qədər dramatikləşdirərək, təhsildə mütərəqqi dəyişikliklərin qarşısını almaq üçün hər vasitəyə əl atırlar.
Elə Azərbaycan Dövlət İqtisad Universitetində Elmi Şuranın növbəti moduldan ixtisas fənlərinin suallarının məxfi saxlanılacağına dair qərarından sonra sosial şəbəkələrdə başladılan çirkli kampaniyada, "stəkanda fırtına yaratmağa" cəhd edənlərin xəbis niyyətlərində biz bunu açıq görürük.

Razılaşaq ki, tələbələrin daha dərin biliklər əldə etməsi, savadlı mütəxəssis kimi yetişməsi üçün verilən qərarı onların əleyhinə olan bir addım kimi təqdim etmək cəhdləri xoş niyyətdən xəbər vermir. Bunu bilməyərəkdən, kimlərinsə təsiri altında edənlər cahil, bilərəkdən edənlər isə millətin, dövlətin açıq düşmənidir. Başqa izahı yoxdur.
Tələbə təşkilatlarının rəhbərlərilə görüşdə verilən məlumatlardan da məlum oldu ki, sosial şəbəkələrdə qərara qarşı etirazlar təşkil etməklə bağlı çağırışları edənlərin bir çoxu nəinki UNEC-də oxumur, ümumiyyətlə heç tələbə deyil.
Belə çağırışlar edənlərin kimliyini araşdırdıqda içərilərində müxalifət partiyalarının üzvlərinin, etiraz aksiyalarından hesabat hazırlayıb xarici təşkilatlardan pul alan "qht” təmsilçilərinin, başqa ali məktəblərdə oxuyan və ya məzun olmuş gənclərin, həmçinin tələbələrin adı ilə saxta hesablar açmış trolların olduğu ortaya çıxır. Şantaj və təxribatlarla islahatların qarşısını almağa çalışırlar...
Bunların məqsədləri kimi, fikirlərinə haqq qazandırmaq üçün irəli sürdükləri mülahizələrin də heç bir əsası yoxdur. Məsələn, biri deyir ki, bu qərarı müəllimlərin rüşvət yığması üçün verirlər. Halbuki İqtisad Universitetində rüşvətin kökünü məhz indiki rəhbərlik kəsib. Digər tərəfdən imtahanlar yenə mərkəzləşdirilmiş formada test üsulu ilə keçiriləcəksə, hansı sualların seçiləcəyini müəllimlər də bilməyəcəksə, necə rüşvət yığıla bilər? Deməli, bu adam ya nə danışdığını bilmir, ya da qərəzlidir, kimlərinsə sifarişini yerinə yetirir...
Bir başqası yazır ki, onlayn dərslərin keyfiyyəti aşağı, müəllimlərin şəxsi kabinetlərindəki mühazirə materialları yetərsiz olduğundan guya imtahana hazırlaşa bilmirlər. Halbuki cəmi bir neçə ay əvvəı UNEC tələbələri arasında Google forum üzərindən keçirilən anonim sorğunun nəticələri bunun tam əksini göstərir. 6270 tələbənin iştirak etdiyi sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb. Deməli, bu iddianın müəllifləri ya ümumiyyətlə dərslərdə iştirak etmirlər, ya da heç UNEC tələbəsi deyillər...

Düzdür, qərara etiraz edənlər arasında UNEC-də təhsil alanlar da var.
Ancaq birincisi, savad deyil, diplom almaq istəyən kiçik bir qrupun istəyi bütün universitet tələbələrinin mövqeyi kimi təqdim oluna bilməz.
İkincisi, Universitetin Elmi Şurasının verdiyi qərara etiraz etmək üçün obyektiv əsaslar olmalıdır. Belə əsaslar isə mövcud deyil. Sadəcə, "tələbəyə belə rahatdır, belə olmalıdır" deyərək, Elmi Şuranın universitetdə tədrisin və imtahanların təşkili ilə bağlı qərarına etiraz etmək doğru sayıla bilməz. Dünyanın heç bir yerində, heç bir ali təhsil ocağında bu cür qayda mövcud deyil.
İmtahanlar tələbənin rahat formada istədiyi qiyməti alması üçün deyil, biliyinin obyektiv qiymətləndirilməsi üçün keçirilir. Mövcud qiymətləndirmə obyektivliyi ciddi şübhə doğurduğundan, yeni qaydaların tətbiqi şərtdir, zəruridir. Bunu sübut edən çoxsaylı göstəricilər var ki, (məsələn, hətta əlaçı tələbələrin bir çoxunun öz ixtisasları ilə bağlı elementar biliklərə malik olmaması-müəl.) üzərində geniş dayanmağa lüzum görmürəm.
Bəziləri pandemiyanı əsas gətirərək, bu qərarın tətbiqini təxirə salmağı təklif edirlər. Ancaq əvvala, pandemiyanın nə qədər davam edəcəyi bilinmir. Odur ki, pandemiyanı bəhanə gətirərək, təhsilin keyfiyyətini yüksəltməyə xidmət edən islahatları təxirə salmaq və ya sabotaj etmək millətin gələcəyinə xəyanətdir!
İkincisi, verilən qərarda pandemiya şərtləri də nəzərə alınıb. Bildirilib ki, imtahan sualları yalnız sillabusda qeyd olunan mövzular üzrə tərtib olunacaq. İmtahanda sillabusdan kənar sual olarsa, bu zaman apellyasiya qərarı tələbənin xeyrinə həll ediləcək. Sillabusda qeyd olunan mövzular üzrə mühazirələr və əlavə materiallar müəllimlərin elektron kabinetlərində yerləşdirilib, tələbələrin istifadəsinə açıqdır. Eləcədə tələbələrin hansı kitablardan istifadə edə biləcəyi göstərilib və bu kitablar universitetin elektron kitabxanasında yerləşdirilib.
Ən əsası isə yalnız peşə kompetensiyaları tələb edən fənləri, yəni ixtisas fənləri üzrə imtahan suallar məxfi saxlanılacaq, digər fənlər üzrə imtahanlar əvvəlki qaydada təşkil ediləcək. Təkrar imtahanlara görə ödənişlər olmayacaq.
Yəni, universitet öz tələbələrinin seçdikləri ixtisaslar üzrə mükəmməl biliklərə yiyələnməsinə çalışır. Bəs bunun əksinə gedənlər nə istəyir?
Əgər bu suala məntiqli cavabları varsa, istənilən vaxt dinləməyə, müzakirə etməyə hazırıq.
İsmayıl İsmayılov
UNEC-in “Menecement” kafedrasının dosenti,
İqtisad elmi üzrə fəlsəfə doktoru
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Müstəqil Azərbaycanda Sovet dövründən hədsiz çox təbii sərvətlər gəlir gətirib, xüsusi universitet və iqtisadiyyat ixtisasları da verilir amma, sanki iqtisadiyyat yoxdur? Şantaj və heç bir təxribat da əsasl islahatın qarşısını ala bilməz!
Nəhayət ki, UNEC-də kəmiyyət dəyişikliyi, keyfiyyət dəyişikliyinə gətirib çıxartdı. Daha doğrucu, əlaçıların sayı, fənlər üzrə qiymətlərin yüksəkliyi, hazırlanan mütəxəssislərin səviyyəsinin qaldırılması məsələsini ortaya qoydu. UNEC rəhbərliyini artıq sualların cavablarını əzbərləyən tələbələr qane etmir, rəhbərlik əmək bazarına xarici firmalarda işləyə biləcək yüksək ixtisaslı mütəxəssislər hazırlamaq istəyir. Sualların məxfi saxlanılması da bu istiqamətdə atılmış ilk addımdır. Bu addıma qarşı bu cür hay-küy cəmiyyətdə innovasiya mədəniyyətinin aşağı olması ilə əlaqədardır. Mənim övladımın İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda dissertasiyasının müzakirəsi zamanı, iştirakçıların bəziləri dissertasiyada innovasiya mədəniyətinin də tədqiq edilməsini bəyənmədilər. Mən isə hesab edirəm ki, innovasiya mədəniyyətinin tədqiqi və bu mədəniyyətin yüksəldilməsi istiqamətində intensiv işlərin aparılması çox vacib bir məsələdir.
UNEC-i bilmirem, BDU-nun huquq fakultesinde de dersler, onlayn olmasina baxmayaraq,chox ciddi sekilde kecirilir
UNEC bütün böyük nailiyyətlərini rektor Ədalət Muradovun böyük zəhməti hesabına qazanıb. Ədalət müəllim başqa ali məktəb rektorlardan fərqi, onun islahatlara önəm verməsidir. İslahat yenilik deməkdir. Yeniliyə qarşı həmişə müəyyən çıxışlar olur və olmalıdır. Yenilik bir anda köhnəliyi əvəz edə bilməz. Proses əksiliklərin vəhdəti və mübarizəsi qanunu ilə cəryan edir. Buna görə də bu gün UNEC-də imtahan sualları ilə bağlı yaranmış vəziyyəti nə faciə, nə də təxribat adlandırmaq düzgün deyil! Bu universitetin daxili məsələsidir və güman edirəm ki, Ədalət müəllimin rəhbərliyi ilə bu məsələ öz düzgün həllini tapacaq.