Səudiyyənin «ACWA Power» şirkəti Özbəkistanda külək elektrik stansiyası tikəcək. Stansiya Mərkəzi Asiyada ən böyüyü, dünyada isə böyüklərdən biri olacaq.
Özbəkistan Enerji Nazirliyinin məlumatna görə, uyğun razılaşma mayın 3-də imzalanıb. Gücü 1500 MVt olacaq külək elektrik stansiyasını Səudiyyə Ərəbistanından olan investor Qraqalpaqda - Özbəkistanın tərkibində olan respublikada tikəcək.
«Enerji istehsalçısı kimi biz, Özbəkistanda aşağı karbonlu iqtisadiyyata keçid üzrə Yaxın Şərqdən olan, əsasən də Səudiyyədən olan həmkarlarımızdan çox şey öyrənirik. ACWA Power-in layihəsi bu prosesə böyük töhfə verəcək. 2030-cu ilə bizim planımız bərpa olunan mənbələrdən 25 faiz enerji istehsal etməkdən ibarətdir» - Özbəkistan energetika nazirinin müavini Şerzod Xocayev qeyd edib.
Gözlənilir ki, layihə təxinən 4 milyon ev təsərrüfatının elektrik enerjisinə olan tələbatını ödəyəcək.
Sözügedən şirkət Özbakistanın digər bölgələrində məcmu gücü 1000 MVt olacaq daha iki külək enerji layihəsi reallaşdıracaq.
AzPolitika.info


Şərhlər