Menu

"Azərbaycan piyadaların özünümüdafiə silahları istehsal edən azsaylı ölkələrdən biridir" - Nazir

07.05.2021, 10:28
"Azərbaycan piyadaların özünümüdafiə silahları istehsal edən azsaylı ölkələrdən biridir" - Nazir

"Bu gün Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki birlik və müəssisələr tərəfindən müxtəlif çeşiddə silah-sursat və hərbi texnika istehsal edilir".

“Report”un xəbərinə görə, bunu müdafiə sənayesi naziri Mədət Quliyev deyib.

O bildirib ki, Azərbaycan hazırda piyadaların özünümüdafiə və düşməni məhvetmə vasitələrindən olan kiçik və ortaçaplı atıcı silahlar istehsal edən azsaylı ölkələrdən biridir: "Bundan başqa, biz aviasiya, mühəndis, rabitə, optik və digər hərbi təyinatlı məhsulların normativ-texniki sənədlərinin yaradılmasını və mənimsənilməsini də həyata keçiririk".

Şərhlər

t.ədalət 2021-05-07 20:28:42

"Piyadaların" yox, "piyada qoşunların" yazılmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol