Menu

"Hərbi əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf edəcək" - Səfir

19.05.2021, 09:46
"Hərbi əməkdaşlıq qarşıdakı dövrdə daha da inkişaf edəcək" - Səfir

“Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq müxtəlif sahələri, sektorları əhatə edir və çox dərindir. Hərbi əməkdaşlıq da bunlardan biridir. Bu çərçivədə münasibətlər yalnız birgə hərbi təlimlərlə məhdudlaşmır”.

Bunu “Report”a eksklüziv müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

“Hərbi sahədə əlaqələr birgə təlimlərdən birgə müdafiə sistemlərinin istehsalına qədər bir çox sahəni əhatə etməkdədir. Bu əməkdaşlıq həm də strateji əhəmiyyətə malikdir. Əməkdaşlığımızın qarşıdakı dövrdə daha da inkişaf edəcəyini və dərinləşəcəyini söyləmək səhv olmazdı”, - diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol