Menu

Yerevan polisi Paşinyanın əleyhdarlarını saxladı

20.05.2021, 23:10
Yerevan polisi Paşinyanın əleyhdarlarını saxladı

Ermənistan polisinin əməkdaşları paytaxt Yerevanda Nikol Paşinyan əleyhinə aksiya keçirən etirazçılardan bəzilərini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, polis mərkəzi Baqramyan prospektində, parlamentin binası qarşısında kordon yaradıb ki, aksiyaçılar qanunverici orqanın qarşısına toplaşa bilməsin. Qeyd edilir ki, burada 300-ə yaxın fəal toplaşıb. Polis onlardan 10-unu saxlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol