Menu

“Bəzi institut direktorları islahatlara mane olur" - Ramiz Mehdiyev

27.05.2021, 12:51
“Bəzi institut direktorları islahatlara mane olur" - Ramiz Mehdiyev

AMEA Rəyasət Heyətinin hibrid rejimdə Ümumi yığıncağı keçirilir.

APA-nın məlumatına görə, yığıncaqda AMEA-nın Prezidenti, həqiqi üzvləri, dövlət rəsmiləri, müxbir üzvlər iştirak edirlər.

AMEA Prezidenti Ramiz Mehdiyev gündəlikdəki məsələləri diqqətə çatdıraraq bildirib ki, yığıncaqda Nizamnaməyə əlavə və dəyişikliklər ediləcək, Nizamnamə Komissiyasının yeni tərkibi seçiləcək, AMEA Rəyasət Heyətinin rəhbər vəzifələrinə və üzvlüyünə seçkilər keçiriləcək, Rəyasət Heyətinin yeni tərkibi təsdiq ediləcək.

O qeyd edib ki, son bir ildə akademiyanın 10 üzvü dünyasını dəyişib.

Daha sonra dünyasını dəyişən alimlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

R. Mehdiyev Azərbaycanın müharibədə qazandığı qələbədən söz açıb: "Qurur hissi ilə qeyd etmək istəyirəm AMEA da qələbənin qazanılmasına öz töhfəsini verib. Bu dövrdə müdafiə fonduna ordunun ehtiyacları üçün vəsait ayrılıb. Eyni zamanda akademiyanın bir çox əməkdaşı könüllü olaraq orduya yazılıb. İşğaldan azad edilmiş ərazilərdə görüləcək işlərdə akademiya dövlətin yanındadır. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə hazırıq".

R. Mehdiyev pandemiyadan da söz açıb, bildirib ki, ölkədə vaxtında görülən tədbirlər müsbət dinamikaya yol açıb: "Pandemiya dövründə elmi fəaliyyətin tam təşkili mümkün olmayıb. Bununla belə işlərimiz davam etdirilib. Çox təəssüflə qeyd edim ki, bəzi institut direktorları islahat keçirməyə maneə yaradırlar. Həmin şəxsləri xəbərdar edirəm, akademiyada islahat olmalı, cənab Prezidentin göstərişləri yerinə yetirilməlidir".

Şərhlər

Azərbaycanlı 2021-05-27 16:58:19

Sən özün Azərbaycan xalqına böyük maniəsən.Get istirahət elə bəsdir bu xalqın axırına çıxdın.Elmimiz ,təhsilimiz yaman gündədir.Özün kimi qocaları da apar gedin istirahət edin.Cavanların həyatını puç etməyiniz yetər.

Veteran 2021-05-27 14:53:47

Bu adam apardığı SOYQIRIMI islahat adlandırır.Sən çıx get.Bu elə böyük islahat olacaq.

KONUL 2021-05-27 14:31:17

BU HƏLƏ DANIŞIR?

Akif 2021-05-27 12:56:10

Ay Allah sene qurban olum, heqiqeten sozun biten yeridir, soz tapmaq olmur, ermeni qariwiqlar at oynadir.....................Qizil ayparanin mudiri Novruz Aslan, demeli kimi qaldirirsan bir ucu ermeniye cixir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol