“Bakı Metropolitenində qiymət artımı ilə bağlı sosial şəbəkələrdə və insanlar arasında yayılan məlumatlar əsasızdır”.
Bunu APA TV-yə açıqlamasında qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metropolitendə sərnişin daşımaları zamanı qoyulan qiymətləri Tarif Şurası müəyyənləşdirir: “Tarif şurası hazırda bu barədə heç bir qərar verməyib. Qiymətlərin artırılması üçün Bakı Metropoliteni yalnız Tarif Şurasına müraciət edə bilər. Hazırda isə belə bir müraciət edilməyib. 31 may tarixindən “Bakı Metropoliteni” QSC-də qiymətlər əvvəl olduğu kimi 30 qəpik olacaq”.
B. Məmmədov qeyd edib ki, pandemiya şəraitinə uyğun olaraq metroda sosial məsafə və maskadan düzgün istifadə qaydalarına ciddi nəzarət olacaq: “Vətəndaşları ciddi zərurət olmadığı halda metrodan istifadə etməməyə çağırırıq”.


Şərhlər
Bu uslubdan çoxdan istifadə olunur, əvvəlkər şahiyələr buraxılır, sonra millətin reaksiyası oyrənilir, əgər geniş etiraz olmur, bir gecə vaxtı yeni tarif təsdiqlənir. Gərək qabaqçadan Hesablama Palatası bunları yoxlasın ki, buna ciddi əsas var ya yox. Birdə hamı bilir ki içtimai nəqliyyatömür boyu hər yerdə dövlətdən dotasiya alır. O gəlir qazanmaq üçün deyil. o insanlara xidmət üçündir.