Menu

İraqın şimalında PKK-nın üç terrorçusu zərərsizləşdirilib

27.06.2021, 19:20
İraqın şimalında PKK-nın üç terrorçusu zərərsizləşdirilib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında, Qara ərazisində PKK-nın üç terrorçusunu zərərsizləşdirib. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyə İraqın şimalında terrorçuların mövqelərinə effektiv zərbələr endirməyə davam edir. Türkiyənin Hərbi Hava Qüvvələrləri uğurlu hava əməliyyatı nəticəsində Qara ərazisində PKK-nın üç terrorçusunu zərərsizləşdirib", - xəbərdə deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə bir sıra qanlı terror aktları həyata keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol