Menu

Saakaşvili tok-şou aparmaq qərarına gəlib

30.06.2021, 01:10
Saakaşvili tok-şou aparmaq qərarına gəlib

Gürcüstanın eks-prezidenti və müxalif «Vahid milli hərəkat» partiyasının qeyri-rəsmi lideri Mixail Saakaşvili televiziyada tok-şou aparmaq qərarına gəlib. 

O, hazırda vətənində axtarışdadır və Ukraynada yaşayır.

«Mən kanalların birində, birbaşa efirdə tok-şou aparmağa başlayıram. İkincisi, mən bir neçə yüz cavan adam toplayıb, onları müsabiqə yolu ilə seçərək, Odessada Gürcüstanın gələcəyi üçün innovasiya konqresi keçirmək istəyirəm» - deyə, Saakaşvili bəyan edib.

Sabiq Prezident 2017-ci ildə artıq «ZİK» telekanalında «Başqa Ukrayna» adlı tok-şou aparıb.

O zaman Saakaşvili demişdi ki, efirdə «elə Ukrayna göstərəcək ki, onu başqa heç bir kanal göstərmir».

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol