Menu

"Sərhəddəki gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov

19.07.2021, 10:49
"Sərhəddəki gərginliyin artmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür" - Zakir Həsənov

Ermənistan-Azərbaycan dövlət sərhədindəki gərginliyin artırılmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.

APA xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov xidməti müşavirədə deyib.

Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan general-polkovnik Z. Həsənov xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şərhlər

t.ədalət 2021-07-19 11:39:13

Bizim nazir yenə də rusca düşünür.Sərhədimizi atəşə tutan rus,qaydaları pozan rus,ancaq erməni-erməni deyə-deyə dayanmışıq.Allah bizi Rusiyanın adamı olmaqdan qorusun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol