Menu

Rusiya yaxın vaxtlarda Azərbaycana nümayəndə heyəti göndərəcək

20.07.2021, 22:59
Rusiya yaxın vaxtlarda Azərbaycana nümayəndə heyəti göndərəcək

Koronavirusdan sonra Rusiya və Azərbaycan arasında münasibətlər, xüsusən iqtisadi əlaqələr bərpa olunur. Bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

"Report" xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

Prezident Vladimir Putin qeyd edib ki, Rusiya yaxın vaxtlarda Azərbaycana nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırır və bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

İki ölkənin koronavirusa qarşı mübarizədə getdikcə daha fəal əməkdaşlıq etdiyini vurğulayan Rusiya Prezidenti Moskva və Bakının Azərbaycanda vaksin istehsalın genişləndirilməsi üzərində işlədiyini bildirib.

Şərhlər

Mühəndis B. 2021-07-21 23:16:19

Məncə, elə səhiyyə alimlərimiz var ki, biz birgə ən faydalı "azimmun"un texnolojisini mənimsəyəcəyik!?

ssk 2021-07-21 14:18:36

1918-ci ildə olduğu kimi Türkiyə Azərbaycanın arxasından çəkilsə müstəqilliyimizi itirə bilərik.

t.ədalət 2021-07-20 23:35:59

Görünür,Putin bizi axıra kimi məhv etmək üçün indi də vaksin oyununu seçib.Təəccüblüdür ki,biz düşmənimiz Rusiyaya,görəsən,niyə belə yapışmışıq?Həmişə burnumuzun üstündən vurub bizi yerə yıxan Rusiya deyilmi?Yaxınlığımızı görüb,qorxasan ki,NATO ölkələri bizi də Rusiyanın gününə sala.

t.ədalət 2021-07-20 23:10:45

Rusiya çox təhlükəli bir oyun oynayır.Azərbaycanın müstəqilliyini əlindən alıb onu yenidən müstəmləkəyə çevirmək istəyir.Bu isə mümkün deyil.Böyük dövlətlər Rusiyanın bu sərsəm istəyinə heç vaxt imkan verməzlər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol