"Pedaqoji ixtisaslar üzrə qəbul plan yerləri 60 faiz azaldılmalıdır" - Təhsil eksperti

Bir müddət əvvəl Təhsil naziri Emin Əmirullayev Milli Məclisdə "Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının ağırlıq səviyyəsi və məzmunu ilə bağlı haqlı narahatlığını ifadə etmişdi. 

Bu günlərdə isə Təhsil Nazirliyinin keçirdiyi MİQ imtahanında istifadə olunmuş suallar ilə bağlı ciddi narahatlıqlar var. Belə təkliflər də səsləndirilir ki, müəllimlərin işə qəbulu imtahanla olmamalıdır bu öz diplomuna inamsızlıqdır. Xatırladaq ki, hər il imtahan iştirakçısı azı 60 min, vakansiya isə 8 min olur.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, problemin həlli yolları var. "Biz bilməliyik ki, imtahanı niyə keçiririk, necə keçiririk və hansı bilik və bacarıqlara sahib müəllimi axtarırıq",-deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, son 7 ildə keçirilən MİQ imtahanında bu sualın cavabı görünmür: "Yalnız daha çox yadda saxlama qabiliyyəti olan, yəni əzbərçi bir də repititor kimi fəaliyyət göstərənlər uğur qazanıb. Təhsil Nazirliyinin axtardığı müəllim budurmu? İmtahan və test nədir?

Test məhdud zaman kəsiyində, müəyyən olunmuş məkanda, bərabər şəraitdə, vahid texniki təlimat və metodik göstərişlər çərçivəsində, çətinlik dərəcəsi getdikcə artırılan, keyfiyyətli, effektiv yoxlama-ölçmə materialları ilə təchiz olunmuş test tapşırıqları toplusuna məxsus sualların uyğun şəkildə cavablandırılması, qiymətləndirilməsi, nəticə çıxarılması, son nəticələrin statistik emalı, müqayisəli analizi və elmi-statistik təhlili prosesidir. 

Test vasitəsilə pedaqoji, psixoloji, sosioloji, tibbi, fizioloji, texniki, intellektual, fiziki və s. baxımdan hər hansı şəxsiyyətin və ya bir qrup şəxsin, komandanın müəyyən istiqamətdə və ya hərtərəfli inkişafı keyfiyyətləri və xüsusiyyətləri özəl olaraq aşkar olunur".

K. Əsədov vurğulayır ki, Təhsil Nazirliyinin keçirdiyi imtahanlarda bu kompetensiya və alətlər yoxdur. Ekspert daha sonra təkliflərini açıqlayır: "Pedaqoji ixtisaslar üzrə qəbul plan yerləri 60 faiz azalmalı, yalnız müəllimlik ixtisasları dövlət sifarişli olmalıdır və pedaqoji kadrları maksimum 3 universitet hazırlamaldır. Bundan sonra məzunları birbaşa təyinat ilə işə göndərmək lazımdır".

"AzPolitika.info"

635x100

Şərhlər

Müəllim 2021-07-26 20:08:33

Bütün ixtisasların qəbul planı ölkəyə lazımisayda və tələb olunan ixtisaslar üzrə hökumət tərəfindən hazırlanmalıtəhsil başa vurulduqda müdavimlər iş yerlərinə təyinatla təmin olunmalıdır və bunlara ciddi nəzarət edilməlidir.Yalnız bu zaman ixtisaslı və ölkəyə lazım olan kadr yetişə bilər.

Son yazılar