Cavid İsmayıl APA TV-dən getdi – “Bu gün sonuncu iş günümdür”

"Sabah APA TV-dən sonuncu məzuniyyətimə çıxıram, bu gün isə sonuncu iş günümdür burada. 29 yaşımda gəldiyim “APA Group”dan 44 yaşımda ayrılıram".

"AzPolitika.info" xəbər verir ki, bunu tanınmış jurnalist, APA TV-nin redaktoru Cavid İsmayıl "Facebook" hesabında yazıb. "Bu müddətdə Vesti.az istisna olmaqla media qrupa daxil olan bütün saytlarda çalışdım, üstəlik, televiziya təcrübəsini burada qazandım. Tarix üzrə fəlsəfə doktoru olmaq yolundakı bürokratik əngəlləri də “APA Group” rəhbərliyinin verdiyi icazələr sayəsində aşdım. “APA Group”un rəhbəri Vüsalə Mahirqızına etimadına və uzunmüddətli səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirirəm", - jurnalist qeyd edib.

Jurnalist indiyə qədər çalışdığı bütün yerlərdən olduğu kimi, “APA Group”dan da halallaşaraq ayrıldığını yazıb. "Vacib olan insani münasibətləri qorumaqdır. İş bitər, dostluqlar bitməz!", - Cavid İsmayıl vida mesajında vurğulayıb.

Qeyd edək ki, APA TV-nin baş direktoru vəzifəsinə Orxan Məmmədli təyin olunub.

"AzPolitika.info"

635x100

Şərhlər

ELSAD 2021-07-29 15:56:50

Onemli olan Cavid Ismayil kimi bir jurnalistin mediadan tamamile getmemesidir. APA ve ya bir basqasi,ferq etmez. Cavid bey her yerde,her zaman deyismez bir Caviddir...

Son yazılar