Xəbər verdiyimiz kimi, iyulun 29-da Milli Məclisin deputatı Eldəniz Səlimov Nabranda qohumuna məxsus iaşə obyektində polis əməkdaşını döyüb. Deputat hadisədən sonra zənglərə cavab verməsə də, DİN faktı təsdiqləyib.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, bunun onlara aidiyyəti yoxdur:
“Mənim hadisədən xəbərim yoxdur. Bu barədə İntizam Komissiyasına məlumat daxil olmayıb. İntizam Komissiyası parlamentdaxilidir. Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Mənim xəbərim yoxdur. Axı bu məsələnin İntizam Komissiyasına aidiyyəti yoxdur. Məsələ bizə gələrsə, araşdırıb fikrimizi deyərik. Vəssalam”.


Şərhlər
baş intizamkom kolxozlaşma dövrūnūn altıaylıq kolxoz briqadirinə is daha čox oxşayır
Ay eldar ayibdiyeeee) sende qunah yixdu ! səni ora qoyandadi qûnah !!! sen bildindeee ne demek isteyirem
Belə adamı komissiya sədri kim təyin edib ?
Bu da Şəmsəddin Xanbabayevə görə Eldənizin tərəfini tutacaq, qanunlara tüpürəcək. Eldar ömürlük deputat olsa da ömründə bir gün belə əsil deputat ola bilmədi. YAP-ı da biabır eləyir, hakimiyyəti də, deputatxalanı da.
Hansısa deputat harada kiminlə savaşır, barışır, güləşir onun öz işidir. Bu nə cavabdır? İntizam Komissiyasının sədri öz vəzifələrini bilmir.Axı bu deputat Milli Məclisi -qanunverici organı təmsil edir, özü qanunun pozulmasına yol açır İntizam komisiyası sədrinin açıqlamasına hüquqi qiymət verməlidir.
Bir xalqın işi deyil.Çünki sizi bu xalq seçməyib. Ona görə harınlayıb.............