Menu

Türkiyədə meşə yanğınları səbəbilə ölənlərin sayı 6-ya çatıb

31.07.2021, 15:05
Türkiyədə meşə yanğınları səbəbilə ölənlərin sayı 6-ya çatıb

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda meşə yanğınlarının söndürülməsi ilə məşğul olan 2 nəfərin cəsədi aşkarlanıb. Bununla da təbii fəlakətin səbəb olduğu ölüm sayı 6-ya çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Daha əvvəl 4 nəfərin öldüyü, 183 nəfərin xəsarət aldığı bildirilirdi.

Məlumata görə, yanğının söndürülməsi zamanı xəsarət almış daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Şərhlər

Anar Əhmədov 2021-07-31 22:17:06

Allah yanğın nəticəsində həlak olan türk qardaşlarımıza rəhmət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol