Menu

Türkiyədə sərnişin avtobusu aşıb - 14 nəfər ölüb

08.08.2021, 10:02
Türkiyədə sərnişin avtobusu aşıb - 14 nəfər ölüb

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Balıkesir-Edremit yolunda sərnişin avtobusu qəzaya uğrayıb.

Belə ki, sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 11 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.

Qəza nəticəsində 18 nəfər xəsarət alıb.

Şərhlər

Xalq 2021-08-08 13:31:23

Vəfat edənlərə Allah rəhmət eləsin! Yaralananlara da Allah şəfa versin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol