Menu

BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Ölənlərin sayı yüksək olaraq qalır

30.08.2021, 17:20
BUGÜNKÜ YOLUXMA SAYI AÇIQLANDI - Ölənlərin sayı yüksək olaraq qalır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib. 52 613 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, bu günə qədər isə ümumilikdə 4 442 244 test icra olunub.

Şərhlər

VƏTƏNDAŞ 2021-08-30 18:58:00

BU STATİSTİKAYA NECƏ İNANMAQ OLAR?ƏVVƏLLƏR 200 NƏFƏR XƏSTƏLƏNƏNDƏ SAĞALANLAR SAYI 60-70 NƏFƏR GÖSTƏRİLİRDİ.HALBUKİ AKTİV XƏSTƏ SAYƏ MİNLƏRLƏ İDİ..BƏS O ZAMAN 1170 NƏFƏR NİYƏ SAĞALDILMIRDI? BELƏ STATİSTİKA İNAMI İTİRİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol