Menu

Rüstəm Muradovun Qarabağdakı missiyası bitdi

06.09.2021, 21:53
Rüstəm Muradovun Qarabağdakı missiyası bitdi

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov missiyasını başa vurub.

“Qafqazinfo” erməni mediasına istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsini başa vuran Rüstəm Muradovu qəbul edib.

Görüş zamanı Muradovu kimin əvəz edəcəyi açıqlanmasa da, hələ maydan etibarən bu posta Aleksey Avdeyevin gətiriləcəyi müzakirə olunur.

Qəbul zamanı Qarabağdakı sülhməramlı missiyanın gedişi, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə danışlıb.

Şərhlər

Roma 2021-09-07 09:40:20

Çox "pərişan, dilxor" oldum, Rüstəm Muradov getsə biz Səlyanlılar demiş "nağaracuğ"...nə isə rusun sülhməramlısı, Rüstəm Muradov araik kimi oğraşı sinəsinə basaraq duz kimi yalayırdı, ona görə də istər Rüstəm olsun,istərsədə qeyri Rüstəm, Moskva hansı ssenarini verirsə onlar da ona uyğun hərəkət edirlər...

Roma 2021-09-07 09:34:12

Adına sülhməramlı qoyulan bu Rusiya hərbçilərinin rəhbəri kim olur-olsun onun elə bir əhəmiyyəti və necə deyərlər, heç 0.1%-də sərbəstliyi yoxdur. Bütün plan və proqram Moskvadan gəlir və bu sülhməramlılara tapşırıq belədir ki, erməniləri qorumaq, saylarını artırmaq, Azərbaycanlılara qarşı təxribat törətməkdə erməniyə kömək və dəstək...Fikir verirsiniz Rüstəm Muradovu arşak karapetYan qəbul etmişdir, xəbərə baxın e...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol