Gömrük Komitəsi döyüşçü zabitə iş vermir – SƏFƏR MEHDİYEVƏ MÜRACİƏT

Biləsuvar rayon İsmətli kənd sakini, 44 günlük Vətən müharibəsində Füzulidən Şuşaya qədər döyüş yolu keçən üç uşaq atası, baş leytenant Hüseynov Xalid Böyükağa oğlu hazırda işsizlikdən əziyyət çəkir.

O, "AzPolitika.info"-ya bildirib ki, ali təhsillidir, Azərbaycan Beynəlxalq Universitetinin Bədən tərbiyyəsi və idman fakültəsini bitirib. 2018-ci ildə mühafizəçi işləmək üçün Dövlət Gömrük Komitəsinin Biləsuvar rayonunda yerləşən "Azterminal" kompleksinə müraciət edib. Sənədlərini qəbul etsələr də, 3 ildir adıçəkilən qurumdan səs-soraq yoxdur.

Xalid Hüseynov Vətən müharibəsində rəşadət göstərib, döyüşlərdə bir neçə dəfə yaralanıb, bədənində düşmən qəlpələri gəzdirir. Ali Baş Komandan tərəfindən Füzulinin, Qubadlının, Şuşanın azad olunması uğrunda medallarla təltif olunub. 2020-ci ilin dekabrın 27-də ordudan baş leytenant rütbəsi ilə tərxis olunub. Hazırda heç bir yerdən gəliri yoxdur, müxtəlif dövlət qurumlarına, Biləsuvar Rayon İcra Hakimiyyətinə müraciət etsə də, iş problemi həll edilməyib.

X.Hüseynov saytımız vasitəsilə ilə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə müraciət edərək, Biləsuvar rayonunda yerləşən "Azterminal" kompleksində mühafizəçi vəzifəsinə işə götürülməsini xahiş edib.

"AzPolitika.info"


635x100

Şərhlər

Ali 2021-09-10 22:53:20

Bu baş leytrnant anmalır ki, gömrük komitəsinin strukturunda işləmək üçüm mütləq ya Nehrəmli ya da Nehrəm kəndinin yerləşdiyi rayondan olmalısan?

t.ədalət 2021-09-10 21:35:43

Səfər müəllimin "daskısı" 60 min manatdır,verin,işə qəbul olun.Hakimiyyətdə hamı bunu bilir.

Gəncəli 2021-09-10 21:04:13

Kömrüyü naxçıvanlılar işğal ediblər. Ümumiyyətlə ölkənin milli sərv

Son yazılar