Menu

4 ay əvvəl yaranan şirkətə 4 milyonluq tender - BDYPİ-nin qalib etdiyi "XAN-2017" MMC kimə məxsusdur?

14.09.2021, 18:06
4 ay əvvəl yaranan şirkətə 4 milyonluq tender - BDYPİ-nin qalib etdiyi "XAN-2017" MMC kimə məxsusdur?

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tenderin qalibini elan edib

"AzPolitika.info" xəbər verir ki, yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri dəyətləndirilib. Açıq tenderin qalibi "XAN-2017" Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.

BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi qalibə 3 milyon 701 min 167 manat ödəyəcək.

Vergilər Nazirliyinin informasiya bazasında apardığımız araşdırma zamanı məlum oldu ki, "XAN-2017" MMC təxminəın 4 ay əvvəl 2021-ci il mayın 5-də təsis olunub. Nizamnamə kapitalı isə cəmi 20 manatdır.

Şirkət barədə internetdə apardığımız araşdırma zamanı əlavə heç bir informasiyaya rast gəlmədik. Görünür, 3.7 milyon manatlıq tender "XAN-2017" MMC-nin ilk debütüdür.

MMC-nin rəhbəri Məmmədov Ceyhun Seyidqabil oğlu ilə bağlı apardığımız araşdırma da nəticəsiz qaldı. MMC rəhbəri barədə heç bir informasiya əldə etmək mümkün olmadı.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol