MEŞƏDƏ ÇAQQAL AZ İDİ...

Quduz erməni faşizminə dəstək bu dəfə Avropadan - Slovakiyadan gəldi. Qəribə burasıdır ki, Slovakiya İkinci Dünya Müharibəsi illərində faşizmin (italian və alman faşizmi) bütün acılarını yaşamış, çoxsaylı qurbanlar vermiş ölkələrdən biridir. Təəccüblüdür, Slovakiya indi özünü elə aparır ki, sanki heç bu acılar olmayıbmış…

Ötən əsrin axırında Azərbaycanımız da quduzlaşmış faşizmin qurbanına çevrildi - şəhərlərimiz, kəndlərimiz işğal olundu, əmlakımız talan edildi, əliyalın dinc əhalimiz kütləvi surətdə qətlə yetirildi, bir milyona yaxın insanımız doğma Vətəndə qaçqına-köçkünə çevrildi… Söhbət erməni faşizmindən gedir. Torqaqlarımızın 20 faizi erməni-rus silahlı birləşmələri tərəfindən işğal olundu və 30 il düşmən tapdağına çevrildi - yaşayış məntəqələrimiz yerlə yeksan olundu. Heç alman faşizmi zamanında belə qələtləri etməmişdi. Belə status-kvonun saxlanması üçün minbir oyun oynanıldı, meydana ATƏT və onun Minsk Qrupu adlandırılan «qısır» qurum atıldı - düz 30 il bizim başımızın altına yastıq qoyub, erməniyə (faşistə!) «işində ol!» - dedlər…

Nəhayət, səbrimiz tükəndi və… 44 günlük Vətən savaşında «ilanın başını əzdik» - BMT-nin 4 qənaməsini təkbaşına icra etdik, torpaqlarımızı düşmən tadağından qurtardıq. Bunu görən məkrli ermənipərəst Rusiya yenə araya girdi, ermənini Azərbayanın dəmir yumruğundan xilas etməyə girişdi və Qarabağın kiçik bir hissəsinə «sülhməramlı» adı altında erməni havadarları yeritdi. İndi onlar Xankəndində - tarixi Azərbaycan torpağında min oyundan çıxırlar…

Belə bir məqamda faşistin bir havadarı da Avropada peyda olub. Slovakiyanı deyirəm. Necə deyərlər, meşədə çaqqal az idi, biri də qayıqla gəldi... 

Bu günlərdə Slovakiyanın xarici işlər naziri İvan Korçok İrəvana səfər edib və bu dövlətin XİN naziri Ararat Mirzoyanla görüşüb - xeyli ağzıgöyçəklik edib.

«Biz, son vaxtlar müşahidə olunan inam tədbirlərini alqışlayırıq - o cümlədən, erməni hərbi əsirlərinin azad edilməsini. Hərbi əsirlərin və saxlanılmış mülki şəxslərin qaytarılması prosesi davam etməlidir…» - slovak nazir «nala-mıxa vurmağa başlayıb».

Onun sözlərinə görə, Slovakiya Avropa İttifaqının üzvü kimi ATƏT Minsk Qrupunun səylərini dəstəkləyir. Bratislava həm də hesab edir ki, münaqişənin sülh, sabit və hərtərəfli həlli yolunu tapmaq lazımdır və s. Onun dediyinə görə, Qarabağ münaqişəsi üzrə atəşin dayandırılmasından sonra - 2020-ci ilin payızından bəri guya Azərbaycan tərəfdə qeyri-qanuni saxlanılmış hərbi əsirlərin sayı 60 nəfər təşkil edir və s. Əslində isə vəziyyət kökündən fərqlidir və bu ermənilər hərbi əsir yox, terrorçulardır və atəş dayanadan sonrakı gündərdə (9 noyabr tarixindən sonra) diversiya törətmək məqsədilə Azərbaycanın ərazisinə soxulublar, sonradan isə hərbçilərimiz tərəfindən tərksilah edilərək, saxlanılıblar…

İndi yeri gəlmişkən, slovak nazirdən soruşmaq istəyirəm: Siz, heç bir əsasınız olmadan hərbi əsir adlandırdığınız həmin eməni diversantlarının məhz «hərbi əsir» olduğunu sübut edə bilərsinizmi? Bilərsinizsə, o zaman gələrsiniz Azəraycandan onların xahişini edərsiniz…

Yoxsa ki, «kor it» aya hürdüyü kimi, «ulamağın» bir faydası olmaz!

ATƏT Minks Qrupunun səylərini dəstəklədiyiniz barədəki cəfəngiyyata isə növbəti yazımda tutarlı cavab verəcəm…

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Niyaməddin 2021-09-15 11:05:20

Mirzə bəy, sizə çox təşəkkür edirik. Bildiyiniz kimi bu hələ şərəfsizlərin üzdə görünən himayədarlarıdır. Sizdən artıq dərəcədə xahiş edirik ki, Türk hərbi bazalarının Azərbaycan torpaqlarında qurulması məsələsini qabardasınız. Yoxsa, bizimkilər yatmağa davam edəcəklər. Soyqırım törədildikdən, suverenliyimiz əldən gedəndən sonra Türk ordusunun Azərbaycana daxil olması çox gecikmiş qərar olacaq. Qeyri-rəsmi Türkiyə ordusunun Azərbaycanda olması xəbərləri müsbət addımdır, ancaq biz rəsmi şəkildə qardaşlarımızın yanımızda olmasını istəyirik. Bu bir prinsip məsələsidir. Sizə minnətdarıq!

Mirzə Qafarlı 2021-09-15 07:35:22

Bəzən bu kimi anlaşılmamazlığın baş verməsinə səbəb səfirliklərimizin fəaliyyət göstərdiyi ölkələrdə Azərbaycan reallığını lazımı səviyyədə təbliğ etməməsidir

Son yazılar