Dünyada ilk olaraq 2019-cu ilin son günlərində Çinin Uhan şəhərində meydana çıxan və 5 milyona yaxın insanın ölümünə səbəb olan koronavirusla bağlı ən qorxulu proqnoz reallaşıb.
"AzPolitika.info" “oxu.az”a istinadən xəbər verir ki, Yer əhalisinin əsl kabusuna çevrilən ölümcül virus dayanmadan özünü təkmilləşdirir.
Son olaraq “Delta” variantı ilə pandemiya sanki ikinci nəfəs qazanıb.
Alimlərin ehtimallarına görə, hazırda virus havada daha aktiv yayıla bilmək üçün mütasiya keçirir.
Odur ki, yaxın aylarda koronavirusun daha sürətlə yayılan yeni variantının ortaya çıxacağı gözlənilir.

Şərhlər
Deyəsən,infeksionistlər bir az da irəli gedib əhalini aldatmaq üzrə ixtisaslaşırlar.Guya,korona insanları daha çox qırmaq üçün təkmilləşir.Bir az ağıllı olub belə informasiyaları oirtadan qaldırmaq lazımdır.Korona,bəlkə də Rusiyanın yaratdığı "noviçok"un bir formasıdır.Ola bilsin ki,hansısa ölkənin kimya anbarında hansısa elementlə reaksiyaya girib havaya yayılır.Nüvə silahının radiasiyasına oxşar bir formaya çevrilib yayılır.Bəlkə də Rusiyanın Antarktidada keçirdiyi nüvə sınaqlarından törəyir..