SÜLHMƏRAMLILAR, NƏHAYƏT, SAXTA XƏRİTƏNİ DƏYİŞDİLƏR - 10 ay sonra ilk müsbət addım + FOTO

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələr uzun müddət sonra nəhayət müsbət sayıla biləcək bir addım atıblar. 

Belə ki, Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə ciddi dəyişiklik edilib.

Qondarma “DQR” və ya keçmiş “DQMV” sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silərək, tamamilə Azərbaycan ərazisi kimi göstəriblər.

Rusiya sülhməramlı qüvvələrinin xəritəsində belə bir dəyişikliyin edilməsi Ermənistana və separatçılara ciddi mesaj kimi də qiymətləndirilə bilər.

635x100

Şərhlər

Fərəh 2021-09-25 14:40:43

Maşallah! Buna sevinək? Niyə məsul orqanlar bu məsələyə ciddi yanaşmır? Əvvəlcə onlardan yanlış xəritənin verilməsinin mənasın sormaq və bunun məqsədini araşdırmaq vacibdir.Yoxsa.ura..... xəritəni dəyişdilər deyib sevinməliyik? Bu absurd deyilmi?

Niyaməddin 2021-09-25 12:47:23

Bizi belə "müsbət addımlarla" ələ salmağa davam edəcəklər. Xankəndimiz bu şərəfsizlərin tərtib etdiyi "xəritədə" yenə də Türk qatilinin adı ilə verilib. .....

Son yazılar