“MƏKTƏBLƏRİ BU GÜNƏ SALANLAR KİMLƏRDİR?” – "25-dən çox qohum və rəfiqəsini direktor təyin edib..."

Təhsil eksperti, millət vəkili Etibar Əliyev sosial şəbəkədəki hesabında orta məktəblərdə direktor təyinatlarını kəskin tənqid edən status paylaşıb.

Deputat konkret təhsil müəssisələrindəki problemlərdən nümunələr gətirərək, bu vəziyyəti kimin yaratdığı barədə sual edib: “Bir valideyn sosial şəbəkədə yazır: "249 saylı məktəbə yeni direktor təyin olunub. Azərbaycan dilində konkret olaraq danışa bilmir, adamın diqqəti ancaq onun aksentində qalır. Səhər dərslərin açılışı üçün etdiyi çıxışını üzdən Elmar Məmmədyarovsayağı hıqqana-hıqqana zülmlə oxudu..."

217 nömrəli tam orta məktəbin direktoru şagird və valideynlərin qarşısında çıxış edəndə 27 sentyabr "Anım günü"nə "Zəfər günü", 44 günlük Vətən müharibəsinə isə “24 günlük müharibə” deyib.

20 nömrəli orta məktəbdə dərs növbəsi davası gedir və valideynlər ölkə rəhbərliyinə müraciət üçün imza toplayırlar. Direktor Məhəbbət Vəliyevanın qohumudur. Bu məktəbdə 1-ci siniflərə şagird qəbulundakı maxinasiyalar dillər əzbəridir, məktəbin təhsil mühiti günü-gündən aşınır”.

Millət vəkili yazır ki, direktorların bir qismini 65 yaşı tamam olan kimi işdən çıxarırlar, digər bir qisminin isə yaşı 70-i ötüb, lakin onlara "gözün üstə qaşın var" deyən yoxdur. “Bu, nə kriteriyadır,” - deyə o sual edir.

E.Əliyev daha sonra problemləri sadalamaqda davam edir: “Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsini icra edən, Məhəbbət Vəliyevanın qohumu olan gənc xanım ciddi yığımlara başlayıb.

Heydər Əliyev adına liseyinin direktoru pandemiya vaxtı məşhur bir toyda iştirak etdiyinə görə töhmət alıb, ancaq sanki heç nə baş verməmiş kimi yenə də iş başındadır. İstədiyini edir.

60 nömrəli məktəbin direktoru öz səhifəsində sahibi olduğu "Gözəllik salonu"nu və stomotoloji klinikasını reklam edir. Digər biri isə rəhbərlik etdiyi hazırlıq kursunu təbliğ edir”. 

Təhsil eksperti bu faktların hələ gözə görünənlər olduğunu qeyd edir: “Məktəbləri bu günə salan kimlərdir? Yeni təyin olunmuş məktəb direktorlarının seçimində ciddi nöqsanlara yol verilməsi barədə kifayət qədər faktlar var. Heç bir məktəb təcrübəsi olmayanlar məktəblərə gətirilirlər”.

E.Əliyev sonda vurğulayır ki, məktəbi idarə edən görünməyən əllər var, onlardan biri təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır.

“Məlumata görə, bu xanım 25-dən çox qohumunu və rəfiqəsini Bakının “gözəgəlimli” məktəblərinə direktor təyin edib və indi də onları idarə edir”, - millət vəkili yazır.

“AzPolitika.info”

635x100

Şərhlər

GƏNCƏ 2021-09-28 10:17:02

Belələri və arxasında duranlar ad və soyadlarını dəyişdirmiş erməni dığaları və yezidlərdir.Ölkədə bütün sahələrdə təmizlik işləri aparılmayana qədər bu ... çox ziyan vuracaqlar.

Şəkidən 2021-09-26 23:06:44

Həqiqətəndə müəllimin yaşı 65-ə çatan kimi işdən azad edirlər, ancaq Şəki Liseyinin direktoru Firqətin 70-dən çox yaşı olmasına baxmayaraq onu işdən azad edən yoxdur ??? Qanun hamıya şamil olunmalıdır ! Bu səbəbli ölkəmizdə sosial narazılıqlar çoxalır....

Eli 2021-09-26 17:48:55

Ne qeder bizde tehsile,elme ögey münasibet var bu sahe bundan da pis veziyyete düşecek.Umid qalır anca qeyretli valideynlere ki evini eşiyini satıb,özlerinden de qeyretli balalarını tehsilin seviyyesi qat qat yüksek olan ölkelere gönderirler.Umid yene bu balalaradır ki onlara da qayıdandan sonra burda iş verseler.

Roma 2021-09-26 13:33:17

Etibar müəllim sizinlə tam razıyam. Məhəbbət xanım məncə təhsildən uzaqlaşdırılsa yaxşı olar. Belə ki, bu qadının adı təhsildə mənfi reputasiyadadır və onun bundan sonra bu vəzifədə qalması məqsədəuyğun deyildir...

Ədalət 2021-09-26 12:34:54

Vəliyevlərə hər yerdə yaşıl işıqdır.Heç bilirsiz Vəliyevlər kimin qohumudur?

Müəllim 2021-09-26 12:16:33

Məktəbləri və şagirdlərin səviyyəsiz təhsil almasının əsas səbəbi bu sahəyə təsadüfi.rüşvətxor,natəmiz kadrların yerləşdirilməsi,ölkədə müəllim yetişdirilmə səviyyəsind çatışmazlıq,müəllimlərin maaşlarnn azlığı ki, onları məsuıiyyətsiz edib,dərs proqramlarıının əsassız çətinləşdirilməsi,məktəblərdə pul yığımı və sair problemlərdir ki, illərlə hakimiyyət buu sahəni nəzarətsiz buraxıb. Əgər məktəblər normal təhsil verirsə şagirdlərin əavə pul xərcləyib dərsdn sonra başqa müəllim yanına getməsi hansı ehtiyacdan doğur?

Son yazılar