Menu

Merkeli kim əvəzləyəcək? – Almaniyada seçkilər gərgin keçir

26.09.2021, 15:47
Merkeli kim əvəzləyəcək? – Almaniyada seçkilər gərgin keçir

Bu gün, sentyabrın 26-da Almaniyada parlament (Bundestaq) seçkiləri keçirilir. 16 illik hakimiyyətdən sonra təqaüdə çıxan kansler Angela Merkelin yerini almaq üçün gərgin bir yarış olduğunu müşahidə olunmaqdadır.

Onun CDU/CSU bloku, indiki koalisiya hökumətinin kiçik ortağı olan sol mərkəzli Sosial Demokratları (SPD) geridə qoyur.

Son sorğular aparıcı partiyalar arasındakı fərqin cəmi bir neçə faiz olduğunu göstərir. Amma bir çox seçici hələ də qərarsız qaldığından müəyyən dəyişikliklər ola bilər.

Şimali Reyn-Vestfaliyanın baş naziri Armin Laschet, CDU/CSU blokunun kansler namizədidir. Yanvar ayında namizədliyi irəli sürüldükdən sonra mühafizəkarların ona dəstəyinin azaldığı müşahidə olub.

SPD -nin namizədi, maliyyə naziri və vitse-kansler Olaf Scholzun illərlə reytinqi aşağı düşsə də yayda keçirilən sorğularda onun reytinqi yüksəlməyə başlayıb.

Seçki təbliğatı zamanı iqlim dəyişikliyi, pensiyalar, vergilər, minimum əmək haqqı, mənzil, təhsil, səhiyyə, miqrasiya və rəqəmsallaşma kimi məsələlərə üstünlük verilib. Seçkilərdə 47 partiya, 6211 namizəd iştirak edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol