RUSİYA DEMOQRAFİK FƏLAKƏT ASTANASINDADIR - 2050-ci ilə kimi əhalinin sayı iki dəfə azala bilər!

Rusiya hakimiyyəti uşaq doğumunu maddi baxımdan stimullaşdırmaqda davam etsə də, ölkə əhalisinin sayı ildən-ilə azalır. Rusiyadakı doğum və ölüm arasındakı fərq getdikcə artır, digər yandan isə pandemiya vəziyyəti daha da pisləşdirir. ”Rosstat”ın məlumatına görə, Rusiyada əhali sayının azalması tempi keçən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk yeddi ayı ərzində 62 faiz artıb. Bu isə əhali sayının yarım milyon nəfər azalması anlamına gəlir. Ekspertlər deyirlər ki, ölkə demoqrafik fəlakətin astanasındadır.

Rusiya Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının sədri Yuri Krupnovun proqnozuna əsasən, əgər hökumət doğumun (ailə üzrə üç-dörd uşaq) stimullaşdırılması üçün təxirəsalınmaz tədbirlər görməzsə, 2050-ci ilə kimi ölkə əhalisinin sayı iki dəfə azalacaq, yəni indiki 146 milyondan 70-80 milyon nəfərə düşəcək.

“Al Araby”-yə verdiyi müsahibəsində Krupnov deyib: ”Ölüm səviyyəsinin artmasının səbəbinin pandemiya olması doğrudur, amma əhali sayının azalmasının başlıca səbəbi gənc insanların sayının və SSRİ-nin dağılmasından sonra, 1990-cı illərdə doğumun aşağı düşməsidir. Belə bir vəziyyət İkinci Dünya Müharibəsindən sonrakı hər 25 ildən bir təkrarlanıb. İndi Rusiyada hər ailəyə görə doğum səviyyəsi 1,5 uşaqdır ki, bu da belə bir meylin qalacağı təqdirdə əhalinin sayının əhəmiyyətli dərəcədə azalacağından xəbər verir.”

Əhali artımını stimullaşdırmaq üçün Rusiya hakimiyyəti ailələrə müxtəlif ödəmələr təqdim edir. Onlardan biri 7 min dollarlıq “analıq kapitalı”dır. Bu məbləğın birbaşa xərclənməsinə icazə verilmir, həmin pul ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına və uşaqların təhsilinə yönəlməlidir.

2020-ci ildən etibarən bu maddi yardımı birinci uşağın doğulmasına görə verirlər, ancaq əvvələr bu pulu ailəyə yalnız ikinci övlad dünyaya gələndə verirdilər. Krupnovun sözlərinə görə, hazırkı dəstək üsulu kifayət qədər səmərəli deyil, çünki birinci uşağın dünyaya gəlməsi heç də ailənin maliyyə vəziyyətindən asılı olmur. Ona görə də, diqqəti üçüncü və ya dördüncü uşağın doğulmasına yönəltmək lazımdır.

Beləliklə, “analıq kapitalı”nın birinci uşağa ödənilməsi onu göstərir ki demoqrafik siyasətin əsasında nəyin dayandığını dövlət tam mənası ilə anlamır.

Rusiya hakimiyyətinin əhalinin sayını artırmaq səyləri təkcə uşaq doğulmasının stimullaşdırılması ilə məhdudlaşmır. Bura immiqrasiya və xüsusən də keçmiş sovet respublikalarındakı rusdilli region əhalisinə Rusiya vətəndaşlığı verilməsi prosedurunun yüngülləşdirilməsi də daxildir. Ukraynanın Donbass regionundakı 600 mindən çox şəxsə Rusiya pasportunun verilməsi bunun bariz nümunəsidir.

Bütün bunlara baxmayaraq, ölkəyə gələn miqrantlara ümid bəsləmək doğumun aşağı düşməsini kompensasıya etmək üçün kifayət deyil. Miqrasiyanın tempi əhalinin təbii azalmasının sürətindən aşağıdır. Bundan başqa, keçmiş sovet respubliklarını tərk edib Rusiyaya gəlmək arzusunda olanlar artıq bunu ediblər. Nəhayət, iri miqyaslı miqrasiya proqramı Rusiyanın ictimai-mədəni mühitində dəyişiklik yaradacaq.

Hazırda demoqrafik vəziyyət əvvəlki kimi bütün səviyyələrdə hakimiyyəti ciddi narahat edir. Vladimir Putin sentyabrın əvvəlində qeyd edib ki, əgər 1917-ci ildəki bolşevik inqilabı və Sovet İttifaqının dağılması da daxil olmaqla 20-ci əsrdəki təlatümlər yaşanmasaydı, indi ölkə əhalisinin sayı yarım milyard ola bilərdi. Yeni dərs ilinin başlanması ilə əlaqədar Uzaq Şərq məktəbliləri ilə görüşən Putin, deyib: ”Əgər bu hadisələr baş verməsəydi, indi bizim ölkə başqa cür olardı. Bəzi mütəxəssislər hesab edirlər ki, indi bizim əhalinin sayı 500 milyon nəfərə çata bilərdi”.

Avqustun əvəllində Rusiya lideri əhalinin sayının 2024-cü ilədək artırılması barədə hökumətə tapşırıq verib. Rusiya İqtisadi İnkişaf Nazirliyi isə aprel ayında proqnozlaşdırıb ki, Rusiya əhalisi 2021-ci ildə 550 min nəfər və gələn il də daha yarım milyon azalacaq. Və 2020-ci il ilə müqayisədə 2024-cü ildə ümumilikdə əhalinin sayı 1,7 milyon nəfər az olacaq.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2021-09-28 12:14:25

Rusiyanın əhalisinin azalmasından bizə nə?Allah bu işğalçıları nə qədər çox azaltsa bir o qər qətlə yetirilən körpələrin sayı azalar.

Kolxozdar 5 2021-09-27 17:26:11

T Rusiya goğrafi cəhətdən internasional federasiyadır. Sırf Rusiyanın inkişafı üçün digər regionlardan imtina edib, Qorbaçovun ÜmumAvropa evinə sığınmaq effektiv görünür. Y Sektantlar kimi Uraldan şərqə doğru əhalini deport etsələr, oralarda kimlər qalıb işləyəcəklər?

Kolxozdar 4 2021-09-27 17:17:49

E Kremlin xarici və daxili siyasəti və iqtisadiyyatı RUS marağından çox, yan EKSPANSİONİZMİnə xərclənir? De fakto, azı 35-40%i təşkil edən xalqlar sanki yoxmuş? R Həmin cəmiyyətlər nəinki, Kremlin üçdə birini təşkil edir, heç ermənilər qədər belə təmsil olunmurlar?

Kolxozdar 2 2021-09-27 16:59:43

B İnkişaf etmiş olkələrdə ailəyə 1,5 də yox, bir uşaq doğulur və yetşir!

Kolxozdar 1 2021-09-27 16:56:58

AzPolitli müəllif əla və qayğıkeş təhlil verib! Daha qayğıkeş xəbərləri də mətbuatımız otuz ildir Ermənistandan verir. Hərdən bir öz doğma ocağından və torpaqlarından qovulmuş və sayı artıq üç milyonu keçmiş azərbaycanlı ailələrinin diplomatiya müstəvisinə qətiyyətlə qoyulmayan haqları da səslənir? Amma, reallıq sübut edir ki, A SSRİ qurulmasa Rusiyanın əhalisi bu dövrə ən çoxu 60-70 milyon nəfər ola bilərdi? Müharibədə həlak olmuş 20 milyonu da əlavə etsək 75-80 milyon.

Eli 2021-09-27 15:55:55

Mentiqle bu dahi senetkar demek isteyir ki,insanın insan kimi yaşamadı üçün o birinci növbede meişet problemlerinden azad olmalı,ev,geyim erzaq ve sair derdi çekmemelidir.Bundan sonra onun insan olun yzşsmadı dsn ,insanı,beşeri hisslerinden,aile ve cemiyyetdrki möbfletimden ve s.damışmaq olar.Sen me etmisen xalqın üçün.Dövletin xalqın pullarını özünün be etrafının hakimiyyetde qalması üçün siyasi münaqişelere,keçmiş SSRİ respublikalarımds ara qarışdırmağa,sene aid olmayan Suriya ,İraq ve s.

Vuqar Memmed.oglu 2021-09-27 15:22:39

Sorusan lazimdiki ,ay ... 145.mln ehalini saxlaya bilmirsen 500.mln nece yasadacaqsan!

Eli 2021-09-27 15:12:02

Rusiyanın birinci bedbextliyi ona Putin kimi birinin rehberlik etmesidir.Bu adamda görün imperiya düşüncesi ne qederr gücludur ki,buna sual verirler ki,ölke demoqrafiq felaket astanasındsdır ,siz tedirler görürsunuz.Bu da cavab verir ki,20-ci ersde siyasi telatümler olmassydı ölke ehalisi 500 million olardı.Ağıla baxın bu insanda.Bu normal bir insan osaydı ele öz ailesini qoruyardı.Bu bedbexte meslehet görerdim ki ,dahi Lev Tolstoyun eserlerini bir de oxudum ve özüne sual versin ki ,niye onun eserlerinde nir dene de olsun fehle be ya kendli sıreti yoxdur,ancaq qraf,knyaz be çarların heyatımdan ve o cemiyyetden yazır.

Son yazılar