“Əsasən sərhədlər və “3+3 formatı” müzakirə olunub” – ERMƏNİ POLİTOLOQ

Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya ötəngünkü səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunan mövzular və görüşün nəticələri barədə müxtəlif fikirlər səsləndirilməkdədir. Hazırda xüsusilə erməni mətbuatında bu görüş barədə geniş şərhlər, mülahizələr dərc edilir.

“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia”-ya danışan erməni politoloq Ervand Bozoyan görüşün əsas mövzusunun 10 noyabr və 11 yanvar razılaşmalarının reallaşdırılması, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya və delimitasiyası və “3+3 formatı”olduğunu bildirib.

Politoloq “3+3 formatı”nın Türkiyə tərəfindən təklif olunduğunu bildirərək, Rusiyanın da bu ideyaya müsbət yanaşdığını xüsusi qeyd edib: “Hələ 2008-ci ildə Rəcəb Tayyib Ərdoğan bu cür təşəbbüslə çıxış etmişdi. O zaman bu, “Qafqaz Platforması” adlandırılırdı. Həmin vaxt Rusiya bu məsələdə passiv mövqe tuturdu və bu səbəbdən məsələ uzun müddət müzakirə olunmadı. Lakin Qarabağdakı müharibədən sonra Cənubi Qafqazdakı geosiyasi konfiqurasiya dəyişdi. Regionda Avropa Birliyi və ABŞ-ın rolu zəiflədi, Türkiyənin rolu isə artdı. Tehranın aktivliyi də məhz bu proseslə bağlıdır və o, maraqlarına toxunan həmin prosesdən kənarda qalmaq istəmir.”

Putin-Paşinyan görüşü barədə danışan politoloq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin müzakirə olunduğuna inanmadığını bildirib. Çünki onun fikrincə, bunun üçün həlli vacib olan bir çox məsələlər var ki, hələ onlarla bağlı tərəflər razılığa gələ bilməyiblər.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar