“NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri

ABŞ-ın Kiyevdə səfərdə olan müdafiə naziri Lloyd Ostin Ukraynanın şərqində müharibənin başlanması və davam etməsinə görə Rusiyanın məsuliyyət daşıdığını bəyan edib.

Ostin Ukraynanın müdafiə naziri Andrey Taranla birgə keçirdiyi mətbuat konfransında deyib ki, bu müharibəni Rusiya başlayıb, dinc tənzimləməyə mane olan da Rusiyadır.

Kiyevə ayaq basan kimi yazdığı tvitdə ABŞ müdafiə naziri bildirib ki, onun səfərindən məqsəd Ukraynanın ərazi bütövlünə sarsılmaz dəstək ifadə etmək və onun Rusiyanın gələcək təcavüzülərinin qarşısını almasına kömək etməkdir.

Ukraynanın NATO üzvlüyü perspektivlərindən danışan Ostin deyib ki, bu üzvlüyə heç bir üçüncü ölkənin veto qoymaq hüququ yoxdur.

NATO rəsmi olaraq qapılarının Ukraynanın üzünə açıq olduğunu bəyan edib, lakin Kiyevə bugünədək üzvlük danışıqlarının başlanması üçün hərəkət planı verilməyib.

Rusiya Ukraynanın mümkün NATO üzvlüyünə qəti etiraz edir. Bu yaxınlarda prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib ki, Ukraynanın NATO üzvlüyünə yaxınlaşdığı təqdirdə Moskva aktiv hərəkətlərə keçməli olacaq.

Ukrayna müdafiə nazirinin sözlərinə görə, danışıqlar zamanı ABŞ və Ukrayna arasında müdafiə əməkdaşlığının möhkəmləndirilməsi üçün yol xəritəsi və Qara dənizdə təhlükəsizlik məsələsi müzakirə olunub.

Andrey Taran qeyd edib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Kiyevin Birləşmiş Ştatlara etibarlı müttəfiq kimi güvənini azaltmayıb.

Xatırladaq ki, Ukrayna oktyabrın 18-də ABŞ-dan dava-dərman və silah-sursat yükünün ikinci dəstini alıb. 60 milyon dollarlıq bu yardımın göstərilməsi Ukrayna prezidentinin bu yaxınlarda ABŞ-a səfəri zamanı razılaşdırılmışdı.

“AzPolitika.info”

635x100

Şərhlər

Memmed Taqiev 2021-10-20 00:48:44

Ele ise problem nedi? Niye almirsiniz NATO ya?

Son yazılar