Menu

Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə danışdı - "Lap əlayam"

23.10.2021, 17:40
Səhhəti pisləşdiyi deyilən Artur Rasi-zadə danışdı - "Lap əlayam"

Azərbaycanın sabiq baş naziri Artur Rasi-zadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qeyd edək ki, modern.az-ın məlumatına görə, sabiq baş nazir hazırda Bakı şəhərində deyil, o, səhhətində yaranmış narahatlıqla əlaqədar xarici ölkələrin birində müalicə olunur.

Modern.az-a danışan 86 yaşlı A.Rasi-zadə bildirib ki, hazırda sağlıq durumu çox yaxşıdır və narahat olmağa heç bir əsas yoxdur: “Kefim də yaxşıdır, səhhətim də... Hətta lap əlayam”.

Artur Rasi-zadə deyib ki, doğrudan da bugünlərdə xaricdə - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub. Artıq Bakıya dönüb və hazırda evində dincəlir. O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol