“PULLAR OĞURLUQ, KORRUPSİYA VƏ DƏLƏDUZLUQ YOLU İLƏ ƏLDƏ EDİLİB” – Britaniyanın Milli Kriminal Agentliyi Feyziyevin milyonları barədə
London Vestminister Mülki Məhkəməsi azərbaycanlı deputat-oliqarx Cavanşir Feyziyevin ailə üzvlərinin bank hesablarındakı 20.5 milyon dolların (15.3 milyon funt sterlinq) müsadirə edilməsi üçün Milli Kriminal Agentliyin (NCA-National Crime Agency) qaldırdığı iddiaya baxıb. Virtualaz.org xəbər verir ki, “The Evening Standard” nəşrinin müxbiri həmin məhkəməni izləyib.
Qəzet yazır ki, azərbaycanlı oliqarxın ailəsindən olan, Londonun prestijli rayonlarından birində, Recents-parkla üzbəüz malikanədə yaşayan üç milyonçu bank hesablarındakı 15.3 milyon funt sterlinqin müsadirə edilməsi riski ilə üzləşib. Çünki Milli Kriminal Agentliyi bu pulların Böyük Britaniyaya qanunsuz olaraq daşınmış “çirkli pullar” olduğunu bildirir. NCA bildirir ki, azərbaycanlı maqnatın arvadı Pərvanə Feyziyeva, oğlu Orxan və qardaşı oğlu Elman Cavanşir Feyziyevin onlara verdiyi korrupsiya vəsaitləri hesabına bu cür zəngin olublar. Onların hər üçü iddiaları rədd edir və bildirirlər ki, sərvət doktor Feyziyevin qanuni kommersiya fəaliyyəti sayəsində əldə edilib.
“O, Azərbaycanın ən zəngin oliqarxlarından biridir və öz ailəsi üçün Recents-parkla üzbəüz Kemberland-Terras malikanələrində dəyəri milyonlarla funt sterlinq olan ev alıb, habelə öz arvadına və oğluna Böyük Britaniyada yaşamaq haqqı verən investisiya vizası almaq üçün milyonlarla funt sterlinq verib”, - qəzet yazır.
Vestminister Mülki Məhkəməsində keçirilən dinləmələrdə bildirilib ki, NCA Feyziyevin investisiya vizası almaq üçün ailəsinə verdiyi bu pullar qanunsuz yollarla əldə edilmiş sərvətdir və Azərbaycandan seriya saxta sənədlərin, müqavilələrin köməyi ilə çıxarılıb.
Məhkəmədə Milli Kriminal Agentliyin mövqeyini müdafiə edən vəkil Kollinqvud Tompson bildirib ki, Feyziyevin bu pulyuma əməliyyatında Estoniya və Latviyadakı “klonlaşdırılmış” şirkətlərdən və digər qurama şirkətlərdən də istifadə olunub. Əslində isə, Tompson Feyziyevin arvadının, oğlunun və qohumunun hesabındakı pulların “korrupsiya, oğurluq, dələduzluq və çirkli pulların yuyulmasından” əldə edildiyini bildirib. Nəticədə isə, vəkilin sözlərinə görə, hüquq-mühafizə orqanları Orxan Cavanşirin hesabındakı 6.5 milyon funt sterlinqə, Pərvanə Feyziyevanın hesabındakı 7.8 milyon funt sterlinqə və Elman Cavanşirin hesabındakı təxminən 1 milyon funt sterlinqə həbs qoyub.
Kollinqvud Tompson əlavə edib ki, hərçənd Feyziyev Azərbaycandakı iri əczaçılıq şirkəti “Avromed”in həmtəsisçisidir, bu şirkət müsadirə prosesinə aid deyil, amma o çirkli pulların Londona daşınmasında mərkəzi fiqur olub. Çünki müsadirəsi nəzərdə tutulan pullar onun nəzarətindəki bank hesablarından göndərilib.
Cənab Tompson deyib ki, həmin pullar deputatın Latviyadakı ABLV bankdakı hesabından daxil olub, öz növbəsində həmin bankda “Avromed” şirkətinin hesabı olub və ora 34.5 milyon dollar köçürülüb. O məhkəmədə bildirib ki, “Avromed” şirkətinin hesabına “Hilux” və “Polux” adlı iki offşor şirkətdən cəmi 36 milyon dollar daxil olub, amma həmin pulların tranzaksiyasına dair təqdim edilən sənədlər saxtadır.
Kollinqvud Tompson qeyd edib ki, deputatın arvadının və oğlunun London hesablarına köçürdüyü pulların məqsədi onların Böyük Britaniyaya köçüb yaşamasını təmin etmək idi. Hansı ki, deputatın ailə üzvləri indi daimi əsasla Londonda yaşayırlar, birinci dərəcəli investor vizası əsasında. Vəkilin fikrincə, təəccüblüdür ki, öz sərvətini 45-50 milyon funt sterlinq qiymətləndirən doktor Feyziyev investor vizasını almaq üçün ərizəni öz adından verməyib.
Bunun əvəzində o, öz arvadını biznes tərəfdaşı kimi təqdim edib və Daxili İşlər Nazirliyinə təqdim etdiyi ərizədə yalandan göstərib ki, onun Böyük Britaniyada yaxını, tanışı və ailə üzvləri yoxdur.
Cənab Tompson habelə bildirib ki, doktor Feyziyev 2013-cü ildə viza almaq üçün təqdim edilən ərizədə özünü “Avromed”in, - çirkli pulların yuyulması üzrə ittihamların mərkəzində olan şirkətin,- icraçı direktoru adlandırıb, lakin sonradan böhtan barədə iddianın araşdırılması zamanı London Yüksək Məhkəməsində bildirib ki, o şirkətdən 2010-cu ildən uzaqlaşıb.
Məhkəmədə habelə açıqlanıb ki, Feyziyevin oğlu Orxanın adından sənədləri Londondakı “Withers” hüquq firması təqdim edib, firma sənədlərdə göstərib ki, Orxanın hesablarındakı daha əvvəl mənşəyi izah edilməyən 1.8 milyon funt sterlinq Bakıda torpaq sahəsinin satışından əldə edilmişdi. Və həmin torpaq satışına dair müqaviləni Orxan özü imzalamışdı. Lakin Kollinqvud Tompson deyib ki, debet kartlarına dair məlumatlar Orxan Cavanşirin Bakıda guya torpaq satışına dair müqaviləni şəxsən imzaladığı tarixdə Londonda olduğunu, “Co-op Group” və “Whole Foods Market” ticarət mərkəzlərindən alış-veriş etdiyini göstərir.
Feyziyevin ailə üzvlərinin, o cümlədən Azərbaycanda hazırda iri tütün fabrikini idarə edən Elman Cavanşirin adından dəlillər məhkəməyə yaxın günlərdə təqdim edilməlidir. Məhkəmə dinləmələrinin üç həftə davam edəcəyi gözlənilir.
Ailənin maraqlarını məhkəmədə vəkil Çarlz Bot müdafiə edir və o bildirir ki, NCA öz ittihamlarını “ümumi məzmunlu iddialara”, “təhrif edilmiş məlumatlara” və tranzaksiyaların xarakterinə dair “ehtimallara” əsaslandırıb. Vəkilin fikrincə, NCA sübut edə bilməyib ki, hesablardakı pullar cinayətkar fəaliyyət yolu ilə əldə edilib və o, “qanuni yolla əldə edilmiş mülkiyyətin” üzərinə həbs qoyulmasının, bu pulların “Azərbaycan pulyuma maşını” sxemi ilə köçürüldüyünə baxmayaraq, mümkün olmadığını bildirib.
Ailənin adından məhkəməyə təqdim edilmiş bəyanatda isə deyilir ki, bu pullar “doktor Feyziyevin uğurlu biznes karyerasından əldə edilib” və ümumiyyətlə deputat özü “çirkli pulların yuyulmasına qəti şəkildə qarşı çıxıb, bununla mübarizə aparıb..."
Şərhlər
Şəkinin icra başçısı,müavinləri o gündə, deputatı o gündə, bələdiyyəsi o gündə ? Bu rayonda inkişaf olarmı ? Şəki dövlətin yadından çıxıb ???
On illərdir bir hansısa Ucubovu Haradansa tapıb gətirib Şəkiyə icra baıs qoyublar,o da müavini Həsənlə birləşib Şək dqqət edən dövlət orqanı tapılmır?
Təmiz gəlirlə, bu milyonları əldə etmək qeyri-mümükündür !
Sağ ol, ay Aborigen! Allah bu adı sənən çox görməsin. Ürəyimdən xəbər verdin. Bu feyziyevlər, hacıyevlər (məsələn, samirə hacıyeva) və digər yevlər və yovlar olmasaydı yazıq ingilis hardan biləcəkdi ki, biz varıq, bizim pulumuz var, varımız-dövlətimiz var və bəzi geri qalmış millətlər kimi (məsələn, elə ingilislərin özləri kimi) pulumuzu, nə bilim, elmə, təhsilə və bunnlar kimi boş-boş şeylərə sərf eləmirik. Maşallah, göz dəyməsin, harda peyda oluruqsa pulumuzla hamının diqqətini cəlb edirik. Buna görə də ingilislərin gözü bizi götürmür.
Vallah bu ingilislərin başı xarab olub! Bunlara deyən lazımdır ki, sən kimsən ki, bizim daxili işimizə qarışırsan! Pul bizim, var-dövlət bizim, feyziyevlər bizim! Özümüz bilərik! Vallah bu ingilislər çox paxıl insanlardır. Bunların gözü niyə bizi götürmür, qana bilmirəm. Şeytan bu feyziyevləri bizə çox görməsin, yoxsa dünyada bizi kim tanıyacaq!
Bu gəlirin müqabilində 3 milyon dollardan çox vergi keçirməli idi ? Vergi bəyannaməsini göstərsin görək ildə heç olmasa 1 milyon dollar vergi ödəyibmi ?
Belə pullar yalnız çirkli pullar ola bilər ?
Nə qədər ki, bu milyon qapazdayanlara adekvat cəza verilmir, verilsədə yəni deyək ki, 10 il verilir, gedib həbsxanada 1-2 il yaxşı təchiz olunmuş (yataqla, məişət texnikası ilə, telefonla, ən əsası ərzaqla) kurortdan, sanatoriyadan, pansionatdan da yaxşı və həbsdən çıxacaqsa, onda bunun qarşısını almaq olmayacaq...
Vətəndaşların şikayətlərinə baxılmaması, belə halların çox olacaq ...???
Əxlaqı varsa istefa versin.
Mene helede catmir ((((( biz harda yashayiriq ?
Camaat burda gücnən dolanır bunlar Londanda klef edir Konstitusiya görə Deputat biznesmen ola bilməz .Bunlar hamsı ya biznesmendir ya da oğru .İnşhaalah yığıb verərsiz İngiltərəyə
"Görüş yerini dəyişmək olmaz" Sovet filmində mayor Jeqlov deyir: "Вор должен сидеть в тюрьме" а не в Парламенте. Müzəffər Ali Baş Komandanımız silahlı düşmənlə necə lazımdırsa elə də bacardı. Bu silahsız düşmənlər də təmizlənməlidir. Parlamentimiz, icra strukturlarımız cinayətkarlarla doludur. Bu biyabırmılıqdan nə zaman qurtulacayıq?
100 manata görə camaatı çarmıxa çəkən vergi, 100 milyon dolları görməyib
balıq tutmaq vaxtıdır,sonra gec də ola bilər
Biznesmen nə gəzir Milli Məclisdə Ali qanunun tələblərini MSK Milli Məclis niyə riayət etmir Qanun keşiyində duran dövlət orqanları niyə tədbir görmür Niyə eyni məsəllərə ikili standart tətbiq olunur