Menu

"DÜŞMƏN TƏŞVİŞ İÇİNDƏ MÖVQELƏRİNDƏN QAÇIR!" - "Ermənistanın əks-həmləsi dəf edilib..."

16.11.2021, 16:40
"DÜŞMƏN TƏŞVİŞ İÇİNDƏ MÖVQELƏRİNDƏN QAÇIR!" - "Ermənistanın əks-həmləsi dəf edilib..."

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir.

Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir.

Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır.

Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb.

Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.

"Bir daha bəyan edirik ki, sərhəddə baş verən gərginliyə görə Ermənistan hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır", Müdafiə Nazirliyindən bildirilib.

Şərhlər

VAQİF 2021-11-17 11:32:00

Azərbaycanın rəhbərliyi Rusiyadan əl çəkməlidr!.Erməni təxribatı Rusiyanın əməlidir!

Rəhim 2021-11-16 20:12:24

bütün məsələlərin başında elə Putin dayanır.Paşinyan kimdir ki? Niyə sülhməramlılar kənardan baxır?

t.ədalət 2021-11-16 16:58:20

Təəssüf ki bizim bu üstünlüyümüz Putinə sərf edir.İndi ermənistan Putinin ayaqlarına düşəcək və rus qoşununun orda qalmasını istəyək.Putinə də bu lazım idi.

Amon 2021-11-16 16:46:16

Bu qeder texribatdan sonra lacin dehlizini bizimkiler niye baglamir axi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol