Menu

Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng edib

16.11.2021, 21:28
Paşinyan Azərbaycanla sərhəddə vəziyyətlə bağlı Putinə zəng edib

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadla verdiyi məlumata görə, telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər.

Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol