Menu

Səfirlik ABŞ vətəndaşlarını Qərbi Zəngəzura səfər etməməyə çağırıb

21.11.2021, 11:03
Səfirlik ABŞ vətəndaşlarını Qərbi Zəngəzura səfər etməməyə çağırıb

ABŞ səfirliyi ölkəsinin vətəndaşlarını Ermənistanın Azərbaycanın Laçın və Kəlbəcər rayonları ilə sərhədinə (Qərbi Zəngəzur) səfər etməməyə çağırıb.

APA-nın “armeniasputnik.am” saytına istinadla verdiyi məlumata görə, ABŞ-ın Ermənistandakı səfirliyi Karaunc-David-Bek və Qafan-Çakaten sahələrində Azərbaycan sərhəd-keçid məntəqələrində nəzarətin güclənməsi ilə əlaqədar ABŞ vətəndaşlarını bu ərazilərə səfər etməməyə çağırıb. 

Qeyd edilib ki, M2 və M17 avtomagistrallarında Azərbaycan gömrük postlarında nəzarətin gücləndirilməsi barədə məlumatlar daxil olur: “Səfirlik əməkdaşları və ailə üzvlərinə çox ciddi ehtiyac olmadan bu magistrallarda hərəkət etmək qadağandır”. 

Səfirlik ABŞ vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədində yerləşən ərazilərdən də uzaq olmağa çağırıb.

Şərhlər

Türkoğlu 2021-11-21 20:06:55

Xankəndi Xocalı Ağdərə qalıb burda Zəngəzur nağılı gündəmə atılıb

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol