“GƏNCƏNİN İCRA BAŞÇISININ KİTABLA ƏLAQƏSİ YOXDUR” – “Əli Həsənovun vaxtilə ət işinə baxan yaxın qohumuna bənzər insanlar...”

“Ölkənin kitab təbliğatçısı Şahbaz Xuduoğlu yazır: Doğrusu, Gəncədən bunu gözləmirdim. Gəncə Kitab Sərgisinə hazır deyilmiş... Adam çox azdır, kitabla maraqlanan da yoxdur. Əcaba, bu nəylə bağlıdır?" Bu mənə təəccüblü görünmədi. Mən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə söhbətdən görmüşəm ki, o adamın kitabla heç bir əlaqəsi yoxdur...”

“AzPolitika.info” xəbər verir ki, bunları təhsil eksperti, millət vəkili Etibar Əliyev “Feysbuk”da ölkədə kitab mağazalarının azlığı, mütaliəyə aşağı maraq barədə statusunda yazıb.

Deputat qeyd edib ki, ölkənin böyük şəhərlərində kitab mağazaları yox kimidir. “Bugünlərdə yolum Sumqayıta düşmüşdü. Şəhəri iki saatdan çox gəzdim, lakin kitab mağazasına rast gəlmədim. Soruşdum da. Yerini bilən olmadı. Kitabın təbliğatı yoxdur. Gənc nəslin yeganə bilik mənbəyi kitab olmalıdır. Və bunun üçün də ilk növbədə kitab olmalıdr. Universitetlər elm sahələri üzrə kitab çap etmirlər. Potensial yoxdur.

Bir neçə gün əvvəl Suraxanı gəncləri ilə görüşümdə onların mütaliəsini yoxlamaq istədim. İki nəfər detektiv əsər oxuduğunu söylədi...”

E.Əliyev qeyd edib ki, Azərbaycanda kitabların böyük əksəriyyəti rus dilindən tərcümə olunur. “"Tərcümə mərkəzi" yaradıldı. Bu Mərkəz yarandığı gündən özünü doğrultmadı. Elmin populyarlaşdırılması çox aşağı səviyyədədir. Bizim alimlər bunu bacarmırlar”.

Deputat qeyd edib ki, Bakıda olduğu kimi iri şəhərlərimizdə də kitab mağazalarının yerləri satılıb. “Bakıda 2 böyük kitab mərkəzinin yeri heç yadımdan çıxmır. "Kitab evi" və "Kitab passajı". Kitabı ordan qovub çıxardılar. Onların yanından keçəndə yalnız təəssüflənə bilirsən. Bakıda iki böyük və yaraşıqlı kitab mərkəzinin missiyası "Kitab evi" bə "Kitab passajı"nın missiyası ilə üst-üstə düşə bilməz. Çünki əvvəlkilər dövlətin kitab mağazaları idi. Və zaman göstərdi ki, bu sahə də dövlətin qanadı altında olmalıdır. Lakin Əli Həsənovun vaxtilə ət işinə baxan yaxın qohumuna bənzər insanlar kitab şəbəkələrinə rəhbərlik etməməlidirlər...”

“AzPolitika”

635x100

Şərhlər

Akif 2021-11-27 17:36:32

Etibar bəy hələ bilmirr ki,İcra başçılarının bəziləri əvvəllər mal oğrulatrı olub? Çal oğrusunun kitabla nə əlaqəsi?7

Şirvan 2021-11-27 16:10:28

Etibar müəllim, siz AMEA-dan danışın. AMEA dağılır. Yazıqdır axı Azərbaycan elmi!

Son yazılar