"QUZU TƏKLİF ETDİM? GÖTÜRMƏDİ, 10 MİN MANAT İSTƏDİ" - Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənov ifadə verib.

O bildirib ki, ötən ilin sentyabr ayının əvvəlində A.Abdullayev qəsəbə ərazisində daşınmayan məişət tullantıları ilə bağlı çəkiliş edib: "Dərhal həmin əraziyə getdim. Çəkiliş edəndə bir az mübahisəmiz oldu. Dedim ki, Masazırda 100 minə yaxın insan yaşayır, istismar müddəti də bitmiş 4 texnika var. Bu da məişət tullantıların daşınmasını çatdırmır. Ataya bunları izah etməyimə baxmayaraq, yenə də çəkilişləri davam etdirirdi. Çəkilişlərdə tez-tez rayon rəhbərliyinin adını hallandırırdı. O, məndən müəyyən məbləğdə pul istədi. Söylədim ki, maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatırdı ki, bir quzu kəsdirim, onu da aparsın balalarına versin. Ona razılaşmadı.

Sonra məndən 10 min manat pul istədi, razılaşmadım. Daha sonra 6 min manat tələb etdi. Təbii ki, mən yenə də razılaşmadım və məcbur olub bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Mən Ataya 6 min manat pul verməmişəm".

Musavat.com xəbər verir ki, Şahlar Həsənov əlavə edub ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib və oğlunu bağışlanmasını istəyib: "Yaylığını ayağıma atdı. Ona dedim ki, mənim də anam var. Niyə vaxtında ona demirdiniz ki, belə işlər eləmə..."...."

Ata Abdullayev icra nümayəndəsinə deyib ki, ona böyük hörməti var: "Şahlar əmi, bu qədər adam tanıyıram, amma sizə başqa hörmətim var. Atamın, cavan qardaşımızın ruhuna and olsun ki, iki yetim uşağa baxıram. Allaha and olsun ki bu deyilənlər cəfəngiyyatdır. Allaha and olsun ki çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Mən demişəm ki, "İradə Gülməmmədova, diqqət yetirin...Anam da Şahlar Həsənovun yanına onun xəstə olması ilə bağlı gedib. Çünki, o, məhkəməyə xəstə olduğu barədə məlumat göndərmişdi".

İcra nümayəndəsi Abdullayevə belə cavab verib: "Dövlətin verdiyi hava, su, çörək sənə çatmırdı? Başqa nə istəyirdin?"

Daha sonra prosesdə Ş.Həsənovun məhkəməyə təqdim etdiyi ərizə elan olunub. Ərizədə göstərilir ki, məmurun şikayət və tələbi var. O deyib ki, cəza məsələsini məhkəmənin səlahiyyətinə buraxır: "Növbəti məhkəmə proseslərində iştirak edə bilməyəcəm. Çünki səhhətimdə ciddi problem var".

Eyni zamanda, ölkə xaricində olan Ziya Məmmədovun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb və barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

İttihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan pul tələb edib.

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.

635x100

Şərhlər

RR 2021-11-30 19:53:19

delixanadiyeee Vallahi )

Eldəniz 2021-11-30 14:31:57

Tağı Əhmədov lətifə danışır..

Veten dashi 2021-11-30 12:31:38

Ləyaqətini itirmiş insan cox rəzil olur.Layiqli sonluq belələrini cəmiyyətdən təcrid etmək gərəkdir ki pisliklərin sayı azalsın...

Roma 2021-11-30 12:10:58

Ata Abdullayev, bəzi Dövlət qürumlarına baxmış xeyli insaflı olub, uzağı 10-15 min istəyib, 3-5 mində dayanıb. Ancaq Tağı müəllim deyir ki, 3 milyon verdim, sələmə də 2 milyon verdim və s., mənbəyini soruşanda da deyir ki, 40 illik ə/haqqımı yığmışdım... ancaq inanmıram Tağıya...

Son yazılar