“Yeni yaradılacaq universitetdə elmi araşdırmalar da aparılacaq” - Erol Özvar

“Yeni qurulacaq universitetdə yalnız təhsil deyil, eyni zamanda Türkiyənin elm sahəsində təcrübəsini buraya daşıyacağımız layihə hazırlayırıq”. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar bu gün keçirilən brifinqdə deyib.

Erol Özvar bildirib ki, belə bir universitet beynəlxalq əməkdaşlıq çərçivəsində ərsəyə gələ bilərdi: “Bu Azərbaycanda qurulacaq universitet olacaq. Universitet ali təhsil ilə yanaşı, elmi araşdırmalar və bir sıra sosial layihələri özündə ehtiva edəcək. Burada bir tərəfdən tələbə yetişdirəcəyik, digər tərəfdən isə iki ölkənin elm insanlarının görüşməsinə şərait yaradacağıq. Ən əsas məsələ iki ölkənin bir siyasi iradə əsasında belə bir layihənin qurulmasına verilən qərardır. Dünyada buna bənzər qarşılıqlı əməkdaşlıqlar var. Biz yeni universitetin yaradılmasını qardaş ölkə olan Azərbaycanla birlikdə ortaya qoyuruq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar