Menu

Mourinyo ənənəvi özbək geyimində göründü - FOTO

03.12.2021, 23:57
Mourinyo ənənəvi özbək geyimində göründü - FOTO

Özbəkistan nümayəndə heyəti “Bolonya”-“Roma” oyundan əvvəl ikincilərin çalışdırıcısı Joze Mourinyonu görməyə gəlib. Qonaqlardan biri qeyd edib ki, “Roma”nın özbək hücumçusu Eldor Şomurodovun uğurları onları çox sevindirir:

“Eldor təvazökar oyunçudur və gənc idmançılarımız üçün nümunədir. Onun İtaliyanın əsas komandalarından birinə keçməsi azarkeşlər və xalqımız üçün böyük hədiyyədir”, - deyə nümayəndə heyətindən bildirilib.

Görüş isti atmosferdə keçib. Mourinyo isə hədiyyə olaraq ənənəvi özbək bıçağı alıb.

Mənbə: “MatçTV”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol