Ermənistanın Soçi bəyanatını yerinə yetirməkdən yayınması dövlət sərhədində növbəti hərbi toqquşmalara rəvac verib. Xatırladaq ki, bir gün əvvəl Kəlbəcər istiqamətində Azərbaycan hərbi qulluqçusu düşmənin açdığı atəşlə şəhid edilmişdi. Dünən yenə həmin istiqamətdə növbəti təxribatlar baş verib. Azərbaycan Ordusunun cavab zərbələri ilə düşmənin bir əsgəri öldürülüb, 8 hərbçisi isə ağır yaralanıb.
Əvvəldən də gözlənilirdi ki, 10 noyabr razılaşmasının icrasına müqavimət göstərən Nikol Paşinyan hökuməti növbəti təxribatlara əl atacaq.
Bəs sərhəddəki gərignlik 5 gün sonra Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammiti çərçivəsində keçiriləcək İlham Əliyev - Nikol Paşinyan görüşünü əngəlləyə bilərmi?
Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında nə qədər ki, dəhliz, sərhədlər və sülh sazişi məsələləri həll olunmayıb, gərginlik davam edəcək.
Bununla belə politoloq hesab edir ki, bu gərginlik Brüssel görüşünü ənəglləməyəcək: "Çünki tərəflərdən biri görüşə getməsə, Avropa Birliyi ilə tərəəfdaşlıqda problem yaşaya bilər".
"AzPolitika.info"


Şərhlər
heç bir problem olmaz. Avropa bundan sonra bizim nazımızla oynamalıdır, oynamırsa bizə belə avropa lazım deyıl. Xoruz yoxidi səhər açılmırdı?