Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Azərbaycanda bəzi rayonların ləğv edilməsini təklif edir.
İnstitutun baş direktoru Zakir Eminov APA-ya müsahibəsində bildirib ki, mövcud şəraitdə rayonlarda icra hakimiyyəti strukturları demək olar ki, heç bir iş görmürlər.

“Hansı inzibati rayonda hansı işi görmək lazımdır ki, rayonun mərkəzi hökumətdən dotasiyası az olsun. Yeni müəssisələrin tikilməsi, xidmət sahələrinin yaradılması lazımdır. Yalnız mərkəzi hökumət nəyə icazə verir, nəyə pul ayırır, bunun üçün işləyirlər. Ərazi bölgüsünün problemi yoxdur, idarəetmədə problemlər var. Sədərək rayonunda cəmi 3, Xızı rayonunda 6-7, yeni yaradılan Kəngərli rayonunda 7 kənd var. Məsələn, Lerik rayonunda 161 kənd var, amma kəndlərin əhalisinin sayı azdır. Samux, Xızı, Qobustan, Sədərək rayonlarının xırda bölgüsünə ehtiyac yoxdur. Onlar iqtisadi cəhətdən özünü doğrultmur, çünki bu rayonların idarə olunması üçün dövlət tərəfindən kifayət qədər vəsait işlənir. Belə halda onları birləşdirmək olar. Azərbaycanda 14 iqtisadi rayon ayrılıb, onların bəziləri kifayət qədər böyükdür. Həmin rayonlar vilayət və ya əyalət kimi ola bilər. İdarəetmə strukturunu təkmilləşdirmək, bəzi rayonların ləğv edilməsi məsələsinə baxmaq lazımdır”, - baş direktor vurğulayıb.
Şərhlər
Onsuz da icra hakimiyyətlərinin regional idarəetməsi yaradıldıqdan sonra rayonlar iqtisadi baxımdan inzibati ərazi kimi əhəmiyyətini itirəcək bir. İcra hakimiyyətləri rüşvətxorluq, korrupsioner di deyə niyə rayonları ləğv edirlər. İnsanlar əzab əziyyət çəkəcək. Necə ki, dövlət idarələrinin regionlaşdırıblar insanlar əzab çəkir. Saçda kəpəyi təmizləmək üçün bunlar başı kəsir..
İnşallah Turk dövlətləri təşkilatı tam bərqərar olandan sonra Naxçıvan MR -nı ləğv edib.Azərbaycanın iqtiusadi bölgəsi etmək daha səmərəli olacaq.
zənnimcə dövlət dotasiyasını azaltmaq və iqtisadi səmərəliliyi təmin etmək üçün Azərbaycanda 15 icra regionu yaradılmalıdır ki,bu da inzibati orqan işcilərinin azalmasına,idarə etmənin keyfiyyətinə,iqtisadı səmərəliyin artmasına gətirib çıxara bilər
Şəki dövlətin yaddından çıxan bir rayondur ?
Birləşmə kəndlərin sürətlə azalmasına ,mərkəzləsmənin inkişafına təkan verəcək.sonda kəndlər boşalacaq.
Akademiya belə bir təkliflə çıxış edə bilməz...Məsələn,biz Sədərək rayonunu ləğv edə bilmərik.Ona görə ki bu rayon düşmən ermənistanla sərhəddə yerləşir.Elə bu rayonu yaradanda da sərhəddəki vəziyyət nəzərə alınmışdı.Əgər kəndlərin azlığına görə ləğv etmək istəyirlərsə,onda Şərur rayonunun yaxın kəndlərini də Sədərək inzibati rayonuna vermək doğru olar.Hər- hansı bir addım atmamışdan öncə milli cəhətdən düşünmək lazımdır.
Kəngərli rayonunda 7 kənd yox 11 kənd inzibati ərazi vahidi,10 bələdiyyə var