“Azərbaycan Sənaye Korporasiyası” ASC-də kadr dəyişiklikləri olub. Səhmdar Cəmiyyətin “Strateji inkişaf və kommersiya” departamentinin direktoru vəzifəsini icra edən Fəxri Mehdiyev qurumun nəzdindəki “Azərpambıq ASK” MMC-yə direktor təyin edilib.
Fəxri Mehdiyev 18 dekabr 2017-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentinin direktoru, 21 yanvar 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunub.
“Strateji inkişaf və kommersiya” departamentinin direktor vəzifəsi isə 14 dekabr 2021-ci il tarixindən etibarən həmin departamentdə direktor müavini vəzifəsini icra edən Rüstəm Əkbərliyə həvalə olunub.
Rüstəm Əkbərli 22 yanvar 2020-ci ildən “Strateji inkişaf və kommersiya” departamentində direktor müavini vəzifəsini icra edib.
O, 2018-2019-cu illərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəzifəsində çalışıb.

Şərhlər
Parisdə manikürçülük kursunu bitiriblər. Allah sənə rəhmət eləsin Cəfər Cabbarlı!