"Regional Təhsil İdarələri iqtisadi rayonlar üzrə yaradılacaq"."Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, bu struktur yerlərdə təhsil şöbələrinin ləğvi anlamına gəlmir: "Sadəcə onlar idarələrin tabeliyində fəaliyyət göstərəcək. Əvvəlki sistem əlaqəli deyildi. Yeni idarələr imkan verəcək ki, təhsil fəaliyyəti vahid formada olsun. Bu gün təhsil sistemi müəyyən səbəbdən mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərir. Saat bölgüsü məktəb rəhbərliyi və ya Regional Təhsil İdarələrinin rəhbərləri tərəfindən həyata keçirilməlidir".
E.Əmrullayev vurğulayıb ki, Regional Təhsil İdarələri yaradılandan sonra vətəndaş müraciətləri daha tez həll olunacaq: "Təhsil Nazirliyinin işləri çox olduğundan müəyyən yubanmalar ola bilər. Vətəndaşların müraciətlərinə baxılması üçün qanunvericilik mövcuddur. İnsanlar haqlı şikayətlərini düzgün qaydada vermədiyinə görə baxılması üçün uzun vaxt tələb edir".

Şərhlər
mənasız yenilkdir. təhsil nazirliyinin işi çoxdursa,rayon şöbələrini koordinasiya edən idarələrə əlavə 15-20 işçi götürün. bu eksperiment kimə lazımdır?
RİH başçılarının idarə və müəssisələrə qanunsuz müdaxiləsinin guya qarşısını almaq üçün gündə bir əndrabadi qurumlara yaradılır ki, o da effekt vermir və yenisini yaradır, ləğv edir, yaradır...... Bunlar saçdakı kəpəyi təmizləmək üçün başı kəsib adını da islahat qoyurlar... Bu region oyunlarının aqibəti hamıya indidən bəllidir axı..
nə etmək istəyirlər ,özləri bilmir ,regional idarələr yaradılırsa ,rayon şöbələri nəyə lazımdır ,nə qədər çox qurum olarsa o qədər koorupsiya çiçəklənər ,afərin belə fərasətə ,pul yığmaqda məktəbdə könüllü oldu ,gözümüz aydın
Əslində rayon təhsil şöbələri ləğv olunmalı,inşallah yaranacaq regin üzrə faliyət göstərməlidir,bu təkcə təhsil yox bütün qurumlarda bu cür mərkəzləşdirilmiş idarə və təşkilatlar olmalıdır, ən əsası icra aparatları regionlaşmalıdır.
Möhtərəm Prezident,savadı naməlu təyin edildiyi sahədən xəbərsiz,kollektivlə işləməkdə təcrübəsiz., yarımçıq şəxsləri kim tapıb Sizə təqdim edirsə (S.Babayev,Kərimov.Əmrullayev və sair) o şəxs Xalqın qəsdinə durb.Sizdən Rica edirik, belə təyinatlarda tələskənlik millətə əvəzsiz ziyan vurub və vurmaqda davam edir.Bilirik Ermənistan məsələsi vatınızı çox alıb və nəticələrə görə sağ olun.Amma daxili də ara bir nəzarətdə saxlamağa böyük ehtiyac vardır..r
Rayon təhsil şöbələri ilə paralel regional şöbələrin yaradılması məntiqsiz bir faktdır.Bu paralellik yaradır,insanlarda məsuliyyəti daha da azaldır,qarışıqlıq yaranmasına imkan verir.təhsilin idarə olumasında ikilik yaranır,qarşılıqlı ittihamlara yol açır və büdcəyə artıq və lazımsız yük olacaq.Bir düşünün: Yuxarıda nazirlik və onun idarə və şöbələri,sonra regional idarələr və nəhayət rayon təhsil şöbələri.Bu məktəb direktoru kimlərə qulaq asmalı,kimlərin göstərişinə əməl etməlidir? Onsuz da dərs proqramarı ilə lazımsız həddə yüklənmiş şagirdlər,belə üşlü,dördlü idarə etmə sistemi AZərbaycanda təhsilə nə boyda böyük zərbə olacaq! Bunu düşünən niyə tapılmır? Ağılsız,əsassız qərarlarla təhsili niyə korlayırsınız? Məqsədiniz çox qaranlıqdır.