Xəbər verdiyimiz kimi, Fransa prezidentliyinə namizəd Valeri Pekres Qarabağa qanunsuz səfər edib. Musavat.com-un rəsmi qaynaqlardan əldə etdiyi məlumata görə, Pekres Azərbaycanda arzuolunmaz şəxs elan ediləcək və Azərbaycan hökumətinin bu qərarı yaxın saatlarda açıqlanacaq.
Valeri Pekresin Ermənistana, sonra isə Xankəndinə səfəri siyasi avantüradır. Əgər o prezident seçilərsə, Fransa ilə Azərbaycan arasında əlaqələrin aqibəti necə olacaq?
Əgər Pekres prezident seçilərsə, bu həm Fransa-Azərbaycan əlaqələrinin, həm də ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin, ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun sonu deməkdir.
Makron Fransanın daxilində formalaşmış konyukturu nəzərə alaraq, erməni lobbisinin münasibətini əldə etmək üçün açıq şəkildə Ermənistanı dəstəkləsə də, mövcud reallığı başa düşürdü. Ona görə də qırmızı xətti keçmədi, beynəlxalq qanunvericiliyi, dünyada formalaşmış davranış standartlarını tapdaq altına atmadı.
Pekres kimilərini isə Fransanın maraqları, hətta öz ölkəsinin Azərbaycanın qismində Cənubi Qafqazı itirəcəyi təhlükəsi də düşündürmür.


Şərhlər
Qarabağ elə bil "proxodnoy dvor"du. Kim istəyir gəlir gedir. Görəsnən ruslar orda nə qayırırlar?
hede )))
Müdafiə Nazirliyi və DTX hara baxır? Niyə bu fahişə həbs olunmayıb? Qarabağdakı rus işğalçı qoşunun növbəti təxribatıdır, bu!
Namizəd V.Pekres ilk növbədə Azərbaycana gərəkdir! A Nədən O, rəsmi Bakının Kremlə razılaşdığı yuxarı Qarabağ ərazisinə formal paytaxdan yan keçib? B Səfərdən sonra oradakı yerli vətəndaşlar və onlarla birgə Azərbaycan təəssüratları necədir? C Prezident seçilərsə Azərbaycanla münasibəti necə olacaq? D Məxfi saymırsa, onu hansı millətçi hay mafiyası "Azərbaycana" göndərib?