Menu

"Muğanbank" işçi axtarır

23.12.2021, 11:48
"Muğanbank" işçi axtarır

“Muğanbank” ASC Plastik kartlar departamentinin mütəxəssisi və Məlumat mərkəzinin mütəxəssisi vəzifələri üzrə vakasiyalar elan edir.

Vakansiya: Plastik kartlar departamentinin mütəxəssisi

Maaş 800-1000 manat
Şəhər Bakı
Yaş 23 – 28
Təhsil Ali
İş təcrübəsi 3-5 il
Əlaqədar şəxs Rəhimova Gülnar
E-mail cv@muganbank.az
Vəzifəyə olan tələblər:
  • Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasını təşkil etmək və aktiv olaraq iştrak etmək;
  • Klirinq və hesablaşmaların aparılması;
    • Plastik kartlarla əlaqədar əməliyyatları və müxabirləşmələri gündəlik yoxlanılması;
    • Plastik kartlar üzrə daxili və kənar təşkilatlar (Visa, Mastercard, Union Pay, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası) üçün hesabatlar hazırlayır və/və ya həmin hesabatların hazırlanmasını təmin edir;
    • Plastik kart əməliyyatlarında baş vermiş problemin araşdırılması və həll edilməsi;
    • Bank ödəmə sistemi proseslərinin (Visa, Mastercard, Union Pay, Azərikard və BKM) ödəmə şəbəkələri qaydalarına uygun olaraq icra etmək və uyğunsuzluq müəyyən edildiyi təqdirdə aradan qaldırmaq;
    • Ödəniş sistemləri və prosessinq mərkəzi ilə (Visa, Mastercard, Union Pay, Azərikard və BKM) layihələrin aparılması;
  • Visa, Union Pay və MasterCardın portallarını təqib etmək, çıxan yenilikləri tətbiq etmək;
    • POS Terminal müştərisi tələbi əsasında geri qaytarma və ləğv etmə əməliyyatlarını icra etmək;
    • Plastik kart ilə aparılmış əməliyyata görə yaranmış problemin (bankomatda vəsaitin qalması, uğursuz retail əməliyyatları və s.),aradan qaldırılması üzrə sorğuların qəbul edilməsi və icra edilməsi.
  • İş vaxtı – Həftə içi – 09:00-18.00

    Namizədə tələblər

  • Ali təhsil;
    • Analitik düşünmə, iş planlama qabiliyyəti;
    • Plastik kartlar sahəsində min. 2 il təcrübə;
    • Kart əməliyyatları haqqında biliklərin olması;
    • MS Office (xüsusi ilə Excel bacarıqları);
    • İngilis və rus dili bilənlərə üstünlük verilir;
    • Komanda şəkilində və stres altında işləmə bacarığı.



  • Vakansiya: Məlumat mərkəzi xidmətinin mütəxəssisi

    Maaş 450-500 manat
    Şəhər Bakı
    Yaş 20 – 25
    Təhsil Ali
    İş təcrübəsi 1-2 il
    Əlaqədar şəxs Rəhimova Gülnar
    E-mail cv@muganbank.az

    Vəzifəyə olan tələblər:

    Müştəri tərəfindən daxil olan müraciətləri qəbul etmək və sualları cavablandırmaq;

    Bankın ən son yenilikləri və kampaniyaları barədə məlumat vermək;

    Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;

    Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.

    İş vaxtı – Həftə içi – 09:00-18.00

    Namizədə tələblər

    - Ali təhsil;
    - ən azı 1 il iş təcrübəsi (çağrı mərkəzi üzrə iş təcrübəsi olanlara üstünlük verilir);

    - Müxtəlif düşüncə və dünyagörüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
    - Dil biliyi: Azərbaycan, Rus dilləri (yüksək səviyyədə), İngilis dili (orta səviyyə);

    - Microsoft Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər

    - Ünsiyyət qurma bacarığı, işinə məsuliyyətli yanaşma

    - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;

    - Kreativ, pozitiv, gülərüz olmaq

    Şərhlər

    Telegram-da bizə qoşulun
    Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
    Abunə ol